Məhkəmə qərarları › İş №2(049)-1420/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1420/2023

13.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1420/2023 13.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs X3 ilə xx.xx.2022-ci ildə mediasiya Prosesində aralarında bağladıqları MŞL-00468 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci iltəvəllüdlü X1 üçün hər birinə 70 manat olmaqla, üç uşağa görə cəmi 210 (iki yüz on) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi, Maraqlı şəxs ilə 2006-ci il tarixdə qeyrirəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarını xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu Qeydiyyat Şöbəsində 457 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X7, xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2012-ci il tarixdə X9 dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətlərini davam etdirmək mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdə Lənkəran rayon məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların onun yanında saxlanmalarına qərar verilmişdir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlarına heç bir maddi vəsait ödəmədiyi üçün “alimentin ödənilməsi” tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs mediasiya prosesində iştirak etmişdir, xx.xx.2022-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında aralarında barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs hər ay hər bir uşağa 70 manat, üç uşağa görə cəmi 210 (iki yüz on) manat məbləğində aliment ödəyəcəyinə öhdəlik götürmüşdür. Üç aydır cavabdeh aralarında imzalanmış sazişə əməl etmir. Maraqlı şəxs aralarında bağlanmış sazişə əməl etmədiyi üçün həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Osakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 mart 2023-cü il tarixli 184 nömrəli arayışından görünür ki, Əzizova X2 rayonunun Osakücə kəndində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 dekabr 2007-ci il təvəllüdlüdür. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 mart 2010-cu il təvəllüdlüdür. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13 mart 2012-ci il təvəllüdlüdür. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli, MŞL-00468 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra 21 dekabr 2007-ci il təvəllüdlü X7, 01 mart 2010-cu il təvəllüdlü X8 və 13 mart 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəkdir. Alimentin köçürülməsi hər ayın 01də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 26 iyul 2022-ci il tarixli, MŞL-00468 nömrəli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 26 iyul 2022-ci il tarixdən başlayaraq 21 dekabr 2007-ci il təvəllüdlü X7, 01 mart 2010-cu il təvəllüdlü X8 və 13 mart 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 210 manat məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar