Məhkəmə qərarları › İş №2(049)-1470/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1470/2024

18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1470/2024 18.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X17 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 onun bacısıdır. O, xx.xx.2003-cü il tarixdə bədbəxt hadisə nəticəsində həyətdəki quyuya düşərək boğularaq ölmüşdür. Bununla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2003-cü il tarixli qərar da qəbul edilmişdir. Onun ölümünü şahidlər X8, X7, X16 və X9 təsdiq edə bilərlər. Bacısının öləndən sonra onun üçün ölüm şəhadətnaməsini götürmüyüblər. O vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra bacısının öülm şəhadətnaməsinin də zəruri olduğu ona məlum oldu. Bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Lənkəran rayon prokurorluğunun stajor müstəntiqi X11 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2003-cü il tarixli qərardan görünür ki, xx.xx.2003-cü il tarixdə Lənkərna ŞPŞ-nin növbətçi hissəsindən Lənkəran rayonu, Şağlaser kənd sakini X2 yaşadığı evin həyətindəki su quyusuna düşərək boğulub ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış 182-c-03 N-li ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin materialdan görünür ki, ərizəçi X2 qardaşıdır. Doğum haqqında arayışdan görünür ki, X6 01 yanvar 1973-cü il tarixdə Lənkəran rayonu Şağlaser kəndində doğulmuşdur. X1, atası X4r. Lənkəran rayonu Şağlaser Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Lənkəran rayon Şağlaser kənd qeydiyyatında olan mərhum X6 xx.xx.2003-cü il tarixində Şağlaser kənd qəbristanlığında dəfn edilmişdir. Şağlaser Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş X6 həqiqətən xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mərhuma o dövr Şağlaser kənd sahə xəstəxanası tərəfindən ölüm haqqında həkim arayışı verilməmişdir. X5 ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, X2 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli cavabından görünür ki, X2 ölümü haqqında şəhadətnamə təqdim edilmədiyi üçün onunəmlakı üzərində vərəsəliyin açılması mümkün deyildir. Məhkəmə iclasında şahid X16 ifadəsindən görünür ki, Ərizəçi onun qonşusudur. Bacısı Əfiqə qonşusu olub, yaşda ondan böyük idi. xx.xx.2003-cü il tarixində Şağlaser kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X12 şahid X10 ifadəsində uyğun eyni məzmunlu ifadələr vermişlər. Buna görə də məhkəmə həmin ifadələri təkrarlamağa zərurət görmür. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X2 2003-cü il oktyabr ayının 31də Lənkəran rayonu Şağlaser kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü Lənkəran rayonu Şağlaser kəndində doğulmuş X2 31 oktyabr 2003-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü Lənkəran rayonu Şağlaser kəndində doğulmuş X2 31 oktyabr 2003-cü il il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar