Məhkəmə qərarları › İş №2(049)-1566/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1566/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1566/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1946-cı il tarixdə anadan olmuş atası X1 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində ölməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1 maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunverici hüquqi faktların müəyyən edilməsinə dair ərizələr üzrə aidiyyət qaydasını məhz ərizəçinin yaşayış yeri nəzərə alınmaqla müəyyənləşdirmişdir. Ərizəçi iddia ərizəsində yaşadığı ünvanı “ünvan 1əmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışla da müəyyən edilmişdir ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 151 mənzil 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci və 152.1.3-cü maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, habelə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar