Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1582/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, ərizəçi: İddiaçı, maraqlı şəxs: Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə doğulmuş X15 və xx.xx.2020-ci il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi haqqında ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MŞL/MT014/2023- 00637 saylı barışıq sazişi təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbi ilə bağlı MŞL/MT014/2023-00637 saylı barışıq sazişi imzalamışlar.X6 ilə faktiki nikahdan anadan olmuş xx.xx.2019-cu il tarixdə doğulmuş X15 və xx.xx.2020-ci il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X8 analarını yanında saxlanılması və hər ay həruşağa görə 100 manat olmaqla, üç uşağa görə cəmi 300 manat olmaqla alimentin pulun birinci tərəf X4 ödənilməsi öhdəlik götürmüşdür. Lakin Cavabdeh ilə barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozaraq əməl etmir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı izahatında ərizədə göstərdiklərini təsdiq edib ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh izahatında ərizənin təsdiq edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli, MŞL/MT014/2023-00637 saylı Barışıq Sazişindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X15 və xx.xx.2020-ci il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimentin İddiaçı ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X2 rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş nateriallarına əlavə edilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X1 rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş nateriallarına əlavə edilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş X3 rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2019-cu il tarixdə doğulmuş X15 və xx.xx.2020-ci il tarixdə doğulmuş X6 və xx.xx.2021-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi haqqında ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, MŞL/MT014/2023-00637 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1582/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1582/2023
07.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver