Məhkəmə qərarları › İş №2(049)-1585/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1585/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1585/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, ərizəçinin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Ərizəçi s Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il təvəllüdlü mərhum qardaşı X3 25 fevral 2023-cü il tarixində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11.1987-ci il təvəllüdlü mərhum qardaşı X3 25 fevral 2023-cü il tarixində vəfat etmişdir. Lənkəran rayonu, Viravul kənd qəbristanlığında dəfn olunmuşdur. Qardaşı vəfat edərkən qanuni tələbini bilmədiyi üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda vərəsəlik məsələsini həll elməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, qardaşı X3 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində X7 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ölüm faktının qeyd olunması vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edənn Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməytə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, ərizəçinin qonşusudur. X1 ilə balıq ovuna getmişlər, birdən səs gəlmiş, o, həmin ərziyə gəldikdə mərhum vəfat etmişdir. Mərhumu Lənkəran rayonu,Viravul kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, X14 ərizəçinin qardaşıdır, sonuncu Elvinlə bir yerdə balıq ovuna getmişlər mərhum balıq ovlayarkan, elektrik cərəyanı vurmuş və vəfat etmişdir. Mərhumu Lənkəran rayonu,Viravul kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, X14 ərizəçinin qardaşıdır, sonuncu Elvinlə bir yerdə balıq ovuna getmişlər mərhum balıq ovlayarkan o aralıda olub birdən səs küy olduğunu eşidib dər hal qaçıb görübki təcili yardım gəlib mərhumu xilas etmək mümkün olmamışdırdır məlum olumuşdur ki, mərhumu elektrik cərəyanı vurmuş və vəfat etmişdir. Mərhumu Lənkəran rayonu,Viravul kənd qəbirstanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon prokurorluğunun 07 mart 2023-cü il tarixli qərarından görünür ki, X3 ölməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 06 may 2023-cü il tarixli, məktubundan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon Viravul Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki,X1 xx.xx.2023-cu il tarixdə Vəft etmiş və Viravul kənd qəbristanlığında dəfn olunmuşdur. İş İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 449614 nömrəli şəhadətnamədən görünür ki, X14 xx.xx.1987-ci il tarixdə, Lənkəran şəhərində Viravul kəndində doğulmuş, atası X5, anası Nümayəndədır. İş materiallarına X1nun qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X14 xx.xx.2023cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması zərurət olmuuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 25 fevral 2023-cü il tarixdə Lənkəran rayonu, kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 noyabr 1987-ci il tarixdə Lənkəran rayonu, Viravul kəndində doğulmuş X3 25 fevral 2003-cü il tarixdə Lənkəran rayonu, Viravul kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar