Məhkəmə qərarları › İş №2(049)-1611/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1611/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1611/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 mart 1980-ci il təvəllüdlü X1 25 may 2004-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, oğlu X3 20 mart 1980-ci ildə Lənkəran rayonun Separadi kəndində anadan olub, 25 may 2004cü ildə vəfat edib. O, Separadi kənd ərazisində yerləşən qəbiristanlığında dəfn edilib. Onun dəfnində kənd sakinləri və qohumlar iştirak etmişdirlər. Oğlunun ölümündən çox təsirləndiyindən bugünki günə qədər onun ölümü haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxs 04 aprel 2024-cü il tarixli məktubundan da görünür ki, oğlu X2 dair ölüm akt qeydi şöbənin arxivində aşkar edilməyib. Lənkəran Rayon Mərkəzi X5 Məntəqəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, həmin məntəqə tərəfindən oğlu X2 dair tibb şəhadətnaməsinin verilməsi barədə heç bir qeydiyyat yoxdur. X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il arayışından görünür ki, oğlu X3 25 may 2004-cü ildə vəfat etmiş və Separadi Kənd ərazisində yerləşən qəbirstanlığda dəfn edilmişdir. Oğlu Hüseynin ölüm faktını şahidlər müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Hal hazırda yaşadıqları evi özəlləşdirmək istədikləri üçün oğlu Hüseynin ölüm faktının müəyyən edilməsi lazımdır. Oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum X3 onun qardaşıdır. X10 20 mart 1980-ci ildə anadan olmuş, 25 may 2004-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 25 may 2004-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Separadi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, mərhum X3 onun atasının əmisi nəvəsdir. X10 20 mart 1980-ci ildə anadan olmuş, 25 may 2004-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 25 may 2004-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Separadi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, mərhum X3 onun qohumudur. X10 20 mart 1980-ci ildə anadan olmuş, 25 may 2004-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 25 may 2004-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Separadi kəndinin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 03-16-5/8-10-339/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X3 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran Rayonu Separadi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 40 №-li arayışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin oğlu xx.xx.1980-ci ildə doğulmuş X3 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1980-ci ildə doğulmuş X1 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-ci ildə doğulmuş X1 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar