Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1640/2025 20.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X21 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1924-cü il tarixdə Lənkəran şəhərində doğulmuş X3nun xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1952-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, anası isə X10r. Ondan başqa üç qardaşı - X11, X7 və X12 da doğulmuşlar. Bacı-qardaşlarından X11 və X7 vəfat etmiş, digər qardaşı X12 isə hazırda sağ və salamt olmaqla ailəsi ilə Bakı şəhərində yaşayır. X3 xx.xx.1924-cü il tarixdə anadan olmuş, xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. X5 isə xx.xx.1932-ci il tarixdə anadan olmuş, xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Atası X2 rayonunun Sütəmurdov kəndindəki qəbristanlığmda dəfn olunmuşdur. O, ölən günə kimi onlarla yaşamışdır. Özü azyaşlı olsa da atasının vəfatını az da olsa xatırlayır. Anası hüzr mərasimi ilə məşğul olduğundan və sonradan hüquqi savadı olmamasından atasının ölümünə dair şəhədaətnamə almaq üçün Lənkəran VVADQ şöbəsinə vaxtında müraciət edə bilməmişdir. Atasının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiyindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişlər. Maraqlı şəxsnə atasının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsələr də, qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsinə lazımdır. Əlavə olaraq bildirir ki, X3 ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum və ailə üzvlərinin hamısı iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dəvət edəcəyi şahidləri də atasının xx.xx.1961-ci il vəfat etdiyini təsdiq edə bilərlər. Atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə yazılanları müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi xx.xx.1952-ci il doğulmuş və onun atası kimi X15, anası kimi isə X16 yazılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 1924-cü ildə doğulmuş ərizəçinin X3 ilə anası X17 arasında nikah xx.xx.1948-ci il tarixdə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra qadın “Qasımova” soyadını qəbul etmişdir. Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X15 xx.xx.2061-ci ildə Lənkəran rayonu, Sütəmurdov kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-263/2025 №-li arayışından görünür ki, X6 1961-ci ilə aid ölümün qeyd edilmə haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. “Lənkəran rayon Mərkəzi Xəstəxanası” PHŞ Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X26 oglunun ölüm faktı qeydə alınmamışdır. Qəbirin baş daşını əks etdirən fotoşəkillərdən görünür ki, həmin baş daşının üzərində “X19 Əsəd oglu 21. Xİİ. 1929 - 1961. 24. Vİİİ” yazılmışdır. Məhkəmə hazırlıq iclasında 1938-ci ildə doğulmuş şahid X8 bildirdi ki, ərizəçi onun qonşusudur və evi onun evindən 80-100 metr aralılıqda yerləşir. Mələkə Daşdəmirin qızıdır. Daşdəmir xəstəlikdən 1961-ci ildə vəfat etmişdir. Həmin dəfn mərasimində özü də iştirak etmişdir. Daşdəmir Sütəmurdov kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında 1944-cü ildə doğulmuş şahid X4 bildirdi ki, ərizəçi onun bacısıdır Yeznələri Daşdəmir 1961-ci ildə vəfat etmiş, qayını kimi o, onun dəfn mərasimində iştirak etmişdir. Daşdəmir Sütəmurdov kənd qəbiristanlığında dəfn edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X6 xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də ərizəçinin ərizəsi təmin edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ərizəçi atasının xx.xx.1924-cü il tarixdə doğulduğunu göstərsə də, qəbir daşındakı yazıda onun doğum tarixi xx.xx.1929-cu il göstərilmişdir. O, atasının atasının xx.xx.1924-cü il tarixdə doğulduğunu təsdiqləyən mötəbər sübutunu ərizəsinə əlavə etməmiş, onun nümayəndəsi isə, məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə X15 ilə X17 arasında nikahın bağlanması haqqında şəhadətnaməni əldə rəhbər tutub onun doğumunun xx.xx.1924-cü il tarixdə deyil, həmin şəhadətnamədə göstərildiyi 1924-cü il kimi qəbul edir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 1924-cü ildə Lənkəran şəhərində doğulmuş X6 xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1924-cü ildə tarixdə Lənkəran şəhərində doğulmuş X6 xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X25
Məhkəmə qərarları › İş №2(049)-1640/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1640/2025
20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver