Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1642/2025 19.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1967-ci il tarixində anadan olmuş mərhum həyat yoldaşı X2 02 yanvar 2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü həyat yoldaşı X5 xx.xx.2024-cü il tarixində təbii ölüm nəticəsində ölmüşdür. Vəfat etməmişdən 1 gün öncə mərhum həyat yoldaşı səhhətində yaranmış problemlə bağlı təcili yardım maşını çağırılmış və ona zəruri tibbi yardım göstərilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə həyat yoldaşının səhhətində yenidən ağırlaşmalar yarandığından vəfat etmişdir. Onlar qohumlarıyla birgə onu Lənkəran şəhəri, “Kiçik bazar” qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşir. Həyat yoldaşı Şahin Tağıyevin ölüm faktını şahidlər də təsdiq edə bilər. Həyat yoldaşı vəfat edərkən Qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişlər. X2 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək həyat yoldaşı X2 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-xx-xx/2025 saylı məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bundan əlavə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxsin Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin rəhbərliyinə də ərizə ilə müraciət edib. Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 27 fevral 2025-ci il tarixli, 18- 1-58/2-T-55-xx-xx/2025 saylı məktubdan “Ölüm haqqında şəhadətnamə”nin almağından ötrü Məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Həyat yoldaşı X2 ölümü barədə sənədləri başqa yol ilə əldə etmək mümkün deyil. Hazırda vərəsəlik hüquqlarımın həyata keçirilməsi ilə bağlı sənədləşmə işlərində mərhum həyat yoldaşı X2 ölüm şəhadətnaməsi tələb olunur. Bu məqsədlə həyat yoldaşı ölüm faktının müəyyən edilməsi üçün o hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1967-ci il tarixdə doğulmuşdurvə Azərbaycan Respublikasının vətəndaşıdır. Lənkəran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonun sakini X5 xx.xx.2024-cü il tarixində Lənkəran rayon Kiçik bazar qəbristanlığında dəfn olunmuşdur. «Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 18-1-58/2-T-55-xxxx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş xx.xx.1967-ci il təvəllüdlü X5 barəsində "Ölüm haqqında tibbi şəhadətnamə" ölüm səbəbi məlum olmadığından verilməsi mümkün deyildir. Təcili və X4 şöbəsinin 89 saylı xx.xx.2024-cü il tarixli “xəbərdarlıq vərəqəsi”ndə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00-05-radələrində ünvan 1 ünvanında xx.xx.1967-ci il təvəllüdlü X5 müayinə edilmiş və diaqnozu: ağciyər vərəmi qeyd edilmişdir. Sübut kimi məhkəməyə təqdim edilmiş qəbirüstü abidənin fotoşəklində: “X5”, “xx.xx.1967 – xx.xx.2024” qeyd edilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X1 həyat yoldaşı olmuşdur. Şahin Tağıyev ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. O, həmin xəstəliklə əlaqadar müalicə alırdı. Şahin Tağıyev yaşadığı Lənkəran şəhərindəki evində 02 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. O, qohumların qonşuların iştirakı ilə Lənkəran şəhərində yerləşən kiçik bazar qəbiristanlığında dəfn edilmişdir. O, özü də Şahinin dəfn və yas mərasimlərində iştirak etmişdir. Şahinin heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında Şahid2 Yaşar oğlu Şahid1 ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 xx.xx.2024-cü il tarixində Lənkəran rayon ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə Lənkəran rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1642/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1642/2025
19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver