Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1709/2025 24.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi Fayiq qızının iştirakı ilə, Maraqlı şəxs cəlb edilməklə Ərizəçi Fayiq qızının «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Fayiq qızı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağladığı MŞL/MTO14/2025-00335 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o yəni Ərizəçi Maraqlı şəxs ilə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı xx.xx.2025- cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT014/2025/-00335 saylı barışıq sazişi imzalamış, barışıq sazişinə görə ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2010-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi yetkinlik yaşma çatana kimi hər bir uşağa görə 100 manat üç uşağa görə cəmi 300 manat aliment ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2025-ci ilin xx.xx.2025-ci ildən başlamaqla, hər ayın 25-də gün ərzində nağd qaydada, köçürülmə yolu ilə, poçt və ya bank vasitəsilə ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəsinə götürdüyü öhdəliyi icra etməmiş və hazırda da icra etməməkdə davam edir. Ona görə də, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağladımış olduqları MŞL/MT014/2025/-00335 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi Fayiq qızı bildirmişdir ki, Maraqlı şəxs ona işləmədiyini və xəstə olduğunu bildirmiş, alimentin kəsilməməsini, ancaq ona aliment ödəyəcəyini söz vermiş, lakin sonradan alimenti ödəmədiyindən o, maraqlı şəxsə bunu bildirmiş və nəticədə maraqlı şəxs ilə o, razılaşaraq mediyasiya sazişi bağlamışdılar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Fayiq qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MTO14/2025-00335 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs oğl onların birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X15 adlı uşaqlarına yetkinlik yaşına çatana kimi hər bir uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat aliment pulunu uşaqların anaları Ərizəçi Fayiq qızına ödənilməsi barədə razılığa gəlmişlər. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010cu il təvəllüdlü X2 rayonunda anadan olmuş, atası Maraqlı şəxs qızı, anası X8r. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014cü il təvəllüdlü X3 rayonunda anadan olmuş, atası Maraqlı şəxs, anası X8r. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016cı il təvəllüdlü X4 rayonunda anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçi Fayiq qızıdır. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2010-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi Fayiq qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1709/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1709/2025
24.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver