Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1740/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə, barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02959 nömrəli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, alimentin xx.xx.2024-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməli olması müəyyən edilmişdir. İş materiallarından ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etmək üçün hər hansı miqdarda dövlət rüsumu ödəmiş olduğu müəyyən edilmir. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizələr qiymətləndirilməyən ərizə hesab olunduğuna görə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəməli idi. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da və ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyi barədə sənədi işə əlavə etsə də, mediasiya prosesində və ya hazırda məhkəməyə müraciət edərkən dövlət rüsumu (vəsait) ödəməsi ilə bağlı sənədi (ödəniş qəbzi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1740/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1740/2025
21.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver