Məhkəmə qərarları › İş №2(049)-1776/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1776/2025

12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1776/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçinın maralı şəxs qismində Maraqlı şəxsnu cəlb etməklə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02438 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 anası Ərizəçinın yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfiyyə Fayəddin qızı ilə aralarında olan nikah qeydi onun iddia tələbi əsasında Lənkəran rayon məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra birgə nikahlarından anadan olmuş uşaqlar onun yanında Ukraniya Respublikasında qalmışdır. Ona görə də o, maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfiyyə Fayəddin qızı ilə aliment məsələlərinin həll olunmasından ötrü qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü Lənkəran 1 saylı mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL/MT014/2024-01606 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfiyyə Fayəddin qızı ilə birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşnıa çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla 02 uşaq üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin ona verilməsi razılaşdırılmış və maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfiyyə Fayəddin qızı həmin aliment məbləğini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin sazişin bağlanılmasından 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq maraqlı şəxs müvafiq barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda maraqlı şəxslə bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfıyyə Fayəddin qızı ilə xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-01606 saylı barışıq sazişinin təsdiq edilməsi, maraqlı şəxs Mahmudova (Əhmədova) Zülfiyyə Fayəddin qızından birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla 02 uşaq üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona yəni Ərizəçi ödənilməsi, alimentin barışıq sazişində qeyd olunan xx.xx.2024cü il tarixdən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili ərizənin məzmununa uyğun izahat verib barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində iş üzrə maraqlı şəxsə lazımi qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı X3 xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024- 01606 saylı barışıq sazişindən məlum olur ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqların atalarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa 150 manat olmaqla 2 uşaq görə 300 manat alimentin sonuncunun Ərizəçi ödyəcəyi barədə razılaşmışlar. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1148/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2008-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 14 saylı nikah aktı qeydi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 18 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. NƏTİCƏVİ HİSSƏ : Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqların atalarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq gələn hər növbəti ayın 1-də bir uşağa 150 manat olmaqla 2 uşaq üçün hər ay 300 manat alimentin nağd, poçt və ya bank köçürülməsi yolu ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəyi barədə xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01606 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar