Məhkəmə qərarları › İş №2(049)-1779/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1779/2025

01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1779/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Ərizəçi Maik qızının Maraqlı şəxs qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Maik qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00381 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-ei il təvəllüdlü X1 anası, yəni Ərizəçi himayəsinə verilməsinə və yanında saxlanılması,ilkin mediyasiya üçün ödədiyi 110 manat dövlət rüsumunun və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Maik qızının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişləe. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maik qızının Maraqlı şəxs qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar