Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1830/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 fevral 1951-ci il tarixidə Lənkəran şəhərində doğulmuş X1nın 01 aprel 2023-cü tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, atası X7, anası isə X3r. Ondan başqa iki qardaşı - X11 və X12, həmçinin iki bacısı - X9 və Mahmudova (Ağayeva) Könül Azad qızı vardır. X4 Azadoğlu Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Digər qardaşı X12 isə ailə qurmamış və Merkuri- 2 gəmisində bataraq ölmüşdür. Bacıları Mahmudova (Ağayeva) Könül Azad qızı da Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Digər bacısı X9 isə hazırda onunla birlikdə yaşayır. X1 01 aprel 2023- cü ildə yüksək arterial təzyiqdən vəfat etmiş və onun cənazəsi Lənkəran şəhərindəki Böyük bazar qəbristanlığında dəfn olunmuşdur. X1 ölən günə kimi onun yanında yaşamışdır. Həmin vaxt başları hüzr mərasiminə qarışdığından X1nın ölümünə dair şəhədaətnamə almaq üçün Maraqlı şəxsnə vaxtında müraciət edə bilməyiblər. Anasının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiyindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməyiblər. Maraqlı şəxsnə anasının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarımın həyata keçirilməsi ilə bağlı lazımdır. Əlavə olaraq bildirir ki, anası Samirə Ağayeva ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum və ailə üzvləri hamısı iştirak etmişlər. Anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin məhkəmə baxışında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, X14 qardaşı Ağayev Valeh gəmi qəzasında həlak olandan sonra ağır xəstəliyə düçar olaraq yatağa düşmüşdür və daimi olaraq qan təqyiqi xəstəliyindən əziyyət çəkmişdir. Anası həmin xəstəlikdən 01 aprel 2023-cü il tarixdə evdə olarkən vəfat etmişdir. Təcili tibbi yardım onların evinə çatanadk anası vəfat etmişdir. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dostudur. Tahirin anası Samirə Ağayeva uzun illərdir ki, yataq xəstəsi olmuşdur. Hər zaman Tahirlə görüşəndə onun anasının səhhəti, xəstəliyi ilə maraqlanmışdır. 01 aprel 2023-cü il tarixdə Tahirin anası Samirə Lənkəran şəhərində öz evində olarkən uzun illər əziyyət çəkdiyi qan təzyiqi xəstəliyindən vəfat etmişdir. Samirə Ağayeva qohumların və qonşuların iştirakı ilə Lənkəran şəhərində yerləşən Böyük bazar qəbiristanlığında dəfn edilmişdir. O, özü də şəxsən Samirə Ağayevanın dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X12 xx.xx.2002-ci il tarixdə Merkuri-2 qəmisində dənizdə batıb və bu baradə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2003-cü il tarixli 341 saylı akt qeydi edilmişdir. Ərizəyə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X8 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Lənkəran Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 253/4 nömrəli arayışından görünür ki, Lənkəran şəhər sakini Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə “Böyük bazar” qəbiristanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə edilmiş Təcili və X5 Şöbəsinin “Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2023-ci il tarixili saat 09:10-da H.Aslanov küçəsi ev 42 ünvanına catdıqda xəstə keçinmişdir, ailə üzüvlərin dediyinə görə “arterial təzyiq”dən əziyət çəkmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 746/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi anası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötre həmin şöbəyə müraciət etmiş və sənədləşmə ilə ona imtina edilərək bu barədə məhkəməyə müraciət edə bilməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İş materiallarından görünür ki, ərizəçi müvafiq faktı təsdiq edən sənədi məhkəmədən kənar qaydada əldə etmək üçün cəhd göstərmiş, lakin bu cəhdi nəticə verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 05 fevral 1951-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X2 01 aprel 2023-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1830/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1830/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver