Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1832/2024 16.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsindəki siyahıda göstərilən qızılzinət əşyalarının və ya dəyərinin - 4716 (dörd min yeddi yüz on altı) manat pulun və “SAMSUNG GALAXY A12” markalı mobil telefonun və ya dəyərinin - 115 (yüz on beş) manat pulun (ümumilikdə əşyaların dəyəri 4831 (dörd min səkkiz yüz otuz bir) manat) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, 60 (altmış) manat mediasiya və 100 (yüz) manat mütəxəssis xərci, habelə 9 (doqquz) manat dövlət rüsumunun cavadehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarını və mobil telefonu qaytarmaqdan imtina etdiyindən onun qanunsuz sahibliyində olan həmin əşyaların geri alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə (valideynləri və qardaşı) birlikdə yaşayır. (15 aprel 2024-cü il tarixli 12-16/191 saylı yaşayış yerindən və ailə tərkibi haqqında arayış iddia ərizəsinə əlavə edilir). 16 noyabr 2023-cü ildə Cavabdeh ilə nişan mərasimi keçirilmişdir (videodiskdən çıxarış iddia ərizəsinə əlavə edilir). El adəti üzrə 04 dekabr 2023-cü ildə qız toyu, 18 dekabr 2023-cü ildə isə oğlan toyu keçirilmişdir (videodiskdən çıxarış iddia ərizəsinə əlavə edilir). Cavabdehlə faktiki olaraq kəbin yolu ilə ailə qursa da, nikahı rəsmiləşdirilməmişdir. 18 dekabr 2023-cü ildə keçirilmiş toy mərasimindən sonra Cavabdeh yaşadığı və Lənkəran rayonunun Veravul kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçdüm. Gəlin köçdüyü gün cehiz əşyalarını da cavabdehin yaşadığı evə aparmışdır. 16 noyabr 2023-cü ildə nişan mərasimi keçirilən zaman cavabdeh və qohumları tərəfindən ona qızıl-zinət əşyaları və mobil telefon hədiyyə olaraq verilmişdir. Ona bağışlanmış və cavabdehin qanunsuz sahibliyində olan həmin əşyalar aşağıdakılardır:
1. Bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti (cavabdehin qohumları hədiyyə verib) - 2600 manat;
2. Bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı (cavabdehin atası Məmməd hədiyyə verib) - 800 manat;
3. Bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa (cavabdehin anası Zahirə hədiyyə verib) - 416 manat;
4. Bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü (cavabdeh hədiyyə verib) - 400 manat;
5. Bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük (cavabdeh hədiyyə verib) - 500 manat
6. Bir ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, ikinci əl təklif qiyməti (cavabdeh hədiyyə verib) - 115 manat. Qızıl-zinət əşyalarının cəmi orta bazar qiyməti 4716 (dörd min yeddi yüz on altı) manat, mobil telefonun qiyməti isə 115 manat təşkil edir. Cavabdehin qanunsuz sahibliyindən tələb etdiyi əşyaların ümumilikdə qiyməti 4831 (dörd min səkkiz yüz otuz bir) manatdır (Liman səhər İstehsal-lstehlak Kooperativ Cəmiyyətinin 29 mart 2024-cü il tarixli rəyi iddia ərizəsinə əlavə edilir). Nişanlı qaldıqları dövrdə münasibətləri normal olsa da, toy mərasimi keçiriləndən və ər-arvad olaraq yaşamağa başlayandan sonra münasibətlərimiz normal olmamışdır. Cavabdeh bir ailə başçısı kimi ailənin məsuliyyətini dərk etməmişdir. Tez-tez baş verən ailədaxili münaqişələrə görə münasibətləri korlanmışdır. 24 fevral 2024-cü ildə cavabdehlə münasibətləri dözülməz həddə çatmış və Cavabdeh özü evdən çıxmağını tələb etmişdir. Bundan sonra həm mobil telefonunu, həm də qızıl-zinət əşyalarını özü ilə götürmək istəsə də, cavabdeh buna imkan verməmişdi. Cavabdeh bildirmişdir ki, “telefonu və qızılları götürmə, onlar burada qalacaq. Çünki həmin əşyalar bizim tərəfimizdən alınmışdır”. 26 fevral 2024-cü ildə valideynləri və qohumları Veravul kənd icra nümayəndəsi Altay Həsənovun iştirakı ilə cehiz əşyalarımı götürməyə getmişlər. Cavabdehin Lənkəran rayonunun Veravul kəndində yerləşən evinə gedən zaman cehiz əşyalarının qaytarılması zamanı cavabdeh və valideynləri heç bir maneə yaratmamış, lakin qızıl-zinət əşyalarının və mobil telefonun qaytarılmasından imtina etmişlər. Cavabdehin atası X3 “cehizləri götürün, amma qızılları və telefonu sizə verməyəcəyik. Hara istəyirsiz şikayət edin” deyə əmisi X5 bildirmişdir. Lənkəran rayonunun Veravul kəndində yerləşən və Cavabdeh atasına məxsus olan fərdi yaşayış evində olan cehiz əmlaklarını, qızıl-zinət əşyalarını və mobil telefonunu götürmək üçün 26 fevral 2024-cü ildə oraya gedən qohumları aşağıdakılardır: 1.X7 - atam; 2.X12 - anam; 3.X1 - nənəm; 4.X9 - əmim; 5.X8 - dayım; 6.X2 - qonşum. Dəfələrlə cavabdehə qızıl-zinət əşyalarının və mobil telefonun qaytarılması barədə xəbərdarlıq olunsa da, sonuncu göstərilən əşyalar üzərində qanunsuz sahiblik edərək onları mənə geri qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Hesab edirəm ki, mənə hədiyyə olaraq verilmiş qızıl-zinət əşyaları və mobil telefon cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılmalıdır. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı ona, yəni Cavabdeh qarşı “əmlak tələbi haqqında iddia tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 2600 manat dəyərində 19.6 qram çəkidə 750 əyarlı briliyant qaşlı gəlin dəsti. 800 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qızıl boyunbağı, 416 manat dəyərində 5.2 qaram çəkidə 585 əyarlı gülşəkilli qızıl sırğa, 400 manat dəyərində 3 qram çəkidə 750 əyarlı briliyant qaşlı qadın nişan üzüyü, 500 manat dəyərində 5 qram çəkidə 750 əyarlı tək qaşlı üzük və 115 manat dəyərində bir ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefondan ibarət cehiz əşyaların, ümumilikdə 4831 manat dəyərində əmlakların, 60 manat məbləğində mediasiya xərcinin, 100 manat mütəxəssis xərcinin və 9 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona, yəni Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və mobil telefonun qanunsuz sahiblikdən geri alınması tələbi haqqında iddia tələbini qismən qəbul edir. Belə ki, o, İddiaçı ilə el-adəti ilə evlənmişlər və ona iddia ərizəsində qeyd edilən qızılzinət əşyalarını və işlənmiş vəziyyətdə olan mobil telefonu hədiyyə etmişdir. Həmin qızılların pulu da 4716 manat etmir, həmin qızıllara cəmi 2000 manat pul verilmişdir. Həmin qızıllar İddiaçı hədiyyə olunduğu gündən onun üzərində olmuş və heç vaxt ondan alınmamışdır. İddiaçı o, zorla evdən çıxarmamışdır, o, özü könüllü olaraq qonaqlıq adı ilə evdən getmiş və bir daha geri qayıtmamışdır. Gedəndə qızıllar həmişə olduğu kimi onun üzərində olmuş və qızılları da özü ilə aparmışdır. İddiaçı şahid kimi qeyd etdiyi adamlar da onun yaxın qohumlarıdır. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi toy zamanı İddiaçı üçün hədiyyə kimi alınmış qızıl-zinət əşyaları da ona aid olduğu üçün o, heç vaxt onunla maraqlanmamış və onlar həmişə İddiaçı olmuşlar, onu yaşadıqları evdən qovan olmamışdır. Könüllü olaraq qonaqlıq adı ilə gedib öz evlərinə, gedəndə qızılları evdə saxlamayıbdır, onun iddia ərizəsində qeyd etdiyi qızılların onların evdə qalmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir. Çünki, İddiaçı iddia ərizısində yazdıqları heç bir subuta əsaslanmır. Ona görə də, İddiaçı ona, yəni Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və mobil telefonun qanunsuz sahiblikdən geri alınması tələbi haqqında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 24 fevral 2024-cü il tarixdə evdə olarkən cavabdehin və onun valideynlərinin təzyiqinə görə məcburiyyət qarşısında evdən çıxıb getmişdir. Evdən yalnız zərində olan paltarlarla getmiş, özü ilə heç bir şeyi aparmamışdır və buna imkanı da olmamışdır. Cavabdehin evindən çıxarkən cavabdehin anası qulağında olan sırğanı da onun qulağından zorla çıxarmışdır ki, həmin sırğa onlara məxsusdir bə o, həmin sırğabı da apara bilməz. Evdən çıxaraq anasının evinə getmişdir. O, cavabdehin evində yaşayarkən ona ayrıca bir otaq verilmişdir. İddia tələbində qeydiyi qzıl əşyalar da daim onun istifadəsində olmuş və onları həmin otaqda yerləşən sandığın içərisində saxlamışdır. Evdən çıxdığı anda həmin otağa qayıtmaq imkanı olmamışdır. Birbaşa cavabdehin videynlərinə məxsus olan evdən çəxaraq birbaşa valideynlərinin yaşadığı evə getmişdir. Cavabdehə məxsus evlə valideynlərinin yaşadıqları evin arasında piyada on dəqiqəlik məsafə vardır. Ümumiyyətlə gəlin getdikdən sonra cavabdeh onun valideynlərinin evinə buraxmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilim Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, İddiaçı nənəsidir. İradə Əkbərlə ailə qurarkən onun valideynlərinin evinə gəlin köçmüşdür. Həmin vaxt cehiz əşyalarını da özü ilə həmin evə aparmışdır. O, özü heç vaxt həmin evə getməmişdir. İradə həmin evdə 2 ay gəlin qaldıqdan sonra təqyiqlər nəticəsində oradan çıxaraq valideynlərinin evinə qayıtmışdır. İradə valideynlərinin evinə qayıdarkən o, da orada olmuş və İradənin həyəcanlı, özündə olmadığını görmüşdür. Səbəbini soruşduqda İradə qaynanası tərəfindən evdən onu qovulduğunu bildirmişdir. Üzərində yalnız paltarları var idi. Hətta ayağında olan qaloşlarl da tərs dəyişik geyinmişdir. Özü ilə heç bir şey gətirməmişdi. Qulağında balaca yara əmələ gəlmişdi. Səbəbini soruşduqda bildirdi ki, o, evdən çıxarkən qaynanası qulağında olan sırğanı da zorla çıxarmışdır ki, özü ilə apara bilməsin. Qulağına tibbi yardım göstərmişlər. İradə valideynlərinin evinə gələrkən dayanmadan ağlayırdı və onu evdən qovduqlarını bildirirdi. Bu hadisdən sonra o, özü və digər qohumlar, Veravul kəndinin icra nümayəndəsi Altay müəllimin iştirakı ilə 26 aprel 2024-cü il tarixdə İradənin cehiz əmlaklarını götürmək üçün cavabdehin evinə getmişlər. Ora gedərkən görmüşdür ki, İradəyə məxsus cehiz əşyaları bir otaqda ayrıca yığılmışdır. Həmin əşyaları daşıdıqdan sonra İradənin əmisi Rüfət bizimlə gedən şəxslərin iştirakı ilə qızılları da qaytarmaları barədə Əkbərin atası Məmmədə müraciət etdi. Məmməd isə hamının yanında bildirdi ki, qızıllar onların özünə məxsusdur və qızılları qaytarmayacqdır. Gətirdikləri cehiz əşyalarının içərisində qızıl əşyaları olmamışdır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, İddiaçı əmisidir. İddiaçı Cavabdeh ilə ailə qurduqdan iki ay sonra 24 aprel 2024-cü il tarixdə atasının evinə qayıtmışdır. O, da qardaşıgilə gedib hadisə ilə maraqlandıqda İradə ona bildirmişdir ki, onu evdən qovublar və heç nəyini özünə götürə bilmədən məcburiyyət qarşısında Əkbərin evindən çıxıb ayaqla valideyninin evinə gəlib. Bundan 2 gün sonra 26 aprel 2024-cü il tarixdə icra nümayəndəsi Altay adlı şəxslə birlikdə İradənin cehiz əmlaklarını və qızıllarını götürməkdən ötrü Cavabdeh evinə getmişlər. Evə gedərkən həmin evdə İradənin yaşadığı otaqda İradəyə məxsus cehiz əmlaklarının yığıldlığını görmüşlər. Onlar həmin cehiz əmlaklarını daşıyıb qurtardıqdan sonra orada İradəyə məxsus qızıl əşyalarını və Samsunq markalı mobil telefonu görməmişlər. Bu təqdirdə o, şəxsən həmin qızıl zinyət əşyalarını və mobil telefonu qaytarması barədə onunla gedən şəxslərin iştirakı ilə Əkbərin atası Məmmədə müraciət etmişdir. Şəxsən Məmmədə müraciət etməkdə məqsədi bu olmuşdur ki, ailənin başçısı Məmməddir və həmin əmlakları da ondan tələb etmişdir. Məmməd isə cavabında bildirmişdir ki, qızıl-zinət əşyalarını ona qaytarmayacaqdır, çünki həmin qızıllar ona məxsusdur. Götürdükləri cehiz əmlaklarının içərisində nə qızıl əşyaları, nə də ki, mobil telefon olmamışdır. İşin məhkəmə baxışında şahid qismində dindirilmiş X8, X2, X7 və X12 da ifadələrində şahidlər X1 və X4 ifadələrində qeyd etdiyi xüsusatları təsdiqlədilər. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk əvvəl qeyd edir ki, iş üzrə Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, “iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını və işlənmiş vəziyyətdə olan mobil telefonu hədiyyə etmişdir. Həmin qızıllar İddiaçı hədiyyə olunduğu gündən onun üzərində olmuş və heç vaxt ondan alınmamışdır”. Cavabdeh həmin qızıl-zinət əşyalarının və mobil telefonun mövcud olduğunu və İddiaçı istifadəsində olduğunu təsdiq etmişdir. Həmin məcəllənin 220.4 maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında tədqiq edilən fotoşəkillərdən və videoyazıdan da iddia ərizəsində qeyd edilmiş qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçının istifadəsində olması sübuta yetirilir. iş materiallarında olan mütəxəssi rəyinin nəticə hissəsində tədqiq edilən əşyaların qiyməti aşağıdakı qaydada müəyyən edilmişdir: Bir dəst əyarı 750 ünıimi çəkisi 19,6 qram olan (bir ədəd boyunbağı koliye ,bir ədəd bilərzik və bir cüt sırğadan ibarət) brilyaııt qaşlı gəlin dəstinin orta bazarda təklif qiyməti 2600 manatdır. 2.Bir ədəd əyarı 583 çəkisi 10,0 qram olan boyunbağının orta bazarda təklif qiyməti 800 manatır. 3.Bir cüt əyarı 585 çəkisi 5,2 qram olan gülşəkilli sırğanın orta bazarda təklif qiyməti 416 manatır. 4.Bir ədəd əyarı 750 çəkisi 3,0 qraııı olan brilyaııt qaşlı qadın nişan üzüyünün orta bazarda təklif qiyməti 400 manatır. 5.Bir ədəd əyarı 750 çəkisi 5,0 qram olan tək qaş üzüyün orta bazarda təklif qiyməti 500 manatır. Cəmi; 4716 (dörd min yeddi yiiz on altı ) manat.
1. Bir ədəd “SAMSUNG” GALAKXY A12 markalı mobil telefonun orta bazarda ikinci əl təklif qiyməti 115 manatdır.
Yekunu; 4831 (dörd min səkkiz yüz otuz bir) manat. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri və digər sübutlardan müəyyən edildi ki, tərəflər vətəndaş nikahına daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurarkən iddiaçə cavabdehə məxsus olan evə gəlin köçmüşdür. 24 aprel 2024cü il tarixdə iddiaçı məcburiyyət qarşısında cavabdehin evindən çıxaraq valideynlərinin evinə getmişdir. İş üzrə dindirilmiş şahidlər ifadələrində İddiaçı valideynlərinin evinə gələrkən həyəcanlı olduğunu, ağladığını və cavabdehin evindən qovulduğunu bildirmişdir. İddiaçı valideynlərinin evinə gələrkən üzərində yalnız gündəlik geyim vasitələri olmuş, özü ilə digər heç bir əşyanı gətirməmişdir. 26 aprel 2024-cü il tarixdə iddiaçının qohumları tərəfindən onun cehiz əmlaklarının və qızıl-zinət əşyalarının geri gətirilməsi üçün cavabdehin evinə gedilmiş, həmin evdə İddiaçı istifadəsində olmuş otaqda onun cehiz əmlaklarının yığıldığını görərək, onları götürmüşlər, həmin cehiz əmlaklarının içərisində qızıl-zinət əşyalarının və mobil telefonun olmadığını gördükdə onların da qaytarılması iddiaçının əmisi Rüfət Əhədli tərəfindən cavabdehin atası Məmməd Məmmədovdan tələb edildikdə sonun həmin qızıl-zinət əşyalarının onlara məxsus olduğunu bildirərək qaytarmayacağını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətcinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlaklarıdır). Məhkəmə qeyd edir ki, araşdırma zamanı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçıda deyil cavabdehdə qalması ilə bağlı iddiaçı tərəfindən işin faktiki halları sübuta yetirilmişdir. Lakin cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını təsdiq edən sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində sadalanan İddiaçı məxsus - 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “SAMSUNG GALAXY A12” markalı mobil telefon olan hissəsinə münasibət bildirərərk qeyd edir ki, həmin mobil telefonu mövcudluğuna dair məhkəmətə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak şahid ifadələrindən də həmin mobil telefonun mövcudluğu, iddiaçının istifadəsində olması və cavabdehin evindən çıxarkən orada qalması kimi xüsusatlar ös təsdiqini tapmamışdır. Bu səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təlbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 60 manat mediasiya xərci, mütəxəssis rəyinə dair 100 manat, 8,30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddia rələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat, mütəxəssis rəyinə dair 100 manat, cəmi 160 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi üzrə ödənilmiş 8,30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus - 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük, həmin qızıl-zinət əşyaları mövcud olmadıqda isə onların hər birinin dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat, mütəxəssis rəyinə dair 100 manat, cəmi 160 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov