Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1867/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9, Ərizəçi: Ərizəçi Ədail qızı, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Ədail qızının Maraqlı şəxs cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Ədail qızı Maraqlı şəxs cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-02855 saylı barışıq sazişinin təsdiq edilməsi və 100 manat öddənilmiş dövlət rüsumunun Maraqlı şəxs alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah qeydinin pozulması, uşaqların kimin yanında qalması və aliment məsələlərinin həll olunmasından ötrü mediasiya prosesindən 2023-cü ilin dekabr ayında Lənkəran 1 saylı mediasiya Təşkilatına müraciət etmşdir.xx.xx.2023-cü il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL/MT014/2023-02855 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən Maraqlı şəxs ilə birgə nikahından anadan olmuş xx.xx.2012-cı il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla 2 uşaq üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin ona verilməsi razılaşdırılmış və Maraqlı şəxs həmin aliment məbləğini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Alimentin bu qaydada hesablanmasına xx.xx.2024-cü ildən başlanılmışdır. Saziş bağlandıqdan sonra Maraqlı şəxs həmin saziş üzrə alimenti 2024-cü ilin may ayına kimi ödəmiş, 2024-cü ilin may ayından hazırki vaxta kimi, yəni artıq 11 aydır ki, müvafiq barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi izahatında ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-02855 saylı Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2012-ci il tarixdə doğulmuş X10 və xx.xx.2025-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, iki uşağa hər ay cəmi 200 manat alimentin pulun birinci tərəf Ərizəçi ödənilməsini, alimentin xx.xx.2024-cü il tarixdən başalayaraq hər ayın 07-də nağd, poçt və ya bank vasaitəsi ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə X4 rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası X5r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2012-cı il təvəllüdlü X1 doğulmuş, atası Maraqlı şəxs, anası X5r. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-780/2024 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən ərizənin verilməsi üçün ərizəçinin ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2012-ci il tarixdə doğulmuş X10 və xx.xx.2025-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, iki uşağa hər ay cəmi 200 manat alimentin pulun birinci tərəf Ərizəçi ödənilməsi, alimentin xx.xx.2024-cü il tarixdən başalayaraq hər ayın 07-də nağd, poçt və ya bank köçürməsi yolu ilə ödəməsininin Maraqlı şəxs öhdəsinə götürməsinə dair X8 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-02855 saylı barışıq sazişi təsdiq edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1867/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1867/2025
12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver