Məhkəmə qərarları › İş №2(049)-1885/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1885/2023

04.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1885/2023 04.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakları ilə, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2022-ci ildə mediasiya prosesində № MŞL01597 saylı barışıq sazişinin təsdiq edilməsi, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, ümumilikdə isə 200 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə el adətinə uyğun olaraq toy edib ailə həyatı qurmuşdur. Bu evlilikləri 10 oktyabr 2006-cı ildə Lənkəran rayonu Separadi kənd inzibati ərazi dairəsi icra nümayəndəliyində rəsmiləşmişdir. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X9 adlı 2 (iki) övladları var. Xasiyyətlərinin tutmaması və aralarında tez-tez təkrarlanan ciddi mübahisələrin yaranması səbəbdən birgə yaşamaqları mümkün olmamadığından Lənkəran Rayon Məhkəməsinə nikah qeydinin pozulması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2023-ci il tarixli 2(049)-759/2023 nömrəli qətnamə əsasında Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuşdur. Məhkəmədən əvvəl Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Hazırkı iş üzrə cavabdehlə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 onunla qalmasını və cavabdehdən aliment tələbi olaraq hər uşağa yetkinlik yaşına çatana kimi 100 (yüz) manat, cəm 200 (iki yüz) manat olmaqla X4 1 saylı Mediasiya Təşkilatının № MŞL01597 barışıq sazişində qeyd olunduğu kimi qarşlıqlı razılaşma əsasında razılaşaraq barışıq sazişi bağlamışlar. Lakin Cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə mediasiya prosesində № MŞL01597 barışıq sazişinin təsdiq edilməsi, iki nəfər uşaqın saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat alimentin ondan alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında göstərdi ki, o barışıq sazişi əsasında müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayınmır, lakin işləmədiyindən alimenti ödəyə bilmir. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MŞL-01597 saylı barışıq sazişindən görünür ki, Cavabdeh İddiaçı birgə nikahdan olan hər bir övladına görə hər ay 100 manat məbləğində cəmi 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 18 oktyabr 2005-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində doğulmuşdur. X1, atası X2r. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X3r. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(049)-759/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 oktyabr 2006-cı il tarixdə Lənkəran rayonu Separadi ərazi nümayəndəliyində 31 sayla qeydə alınmış nikah qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyэ əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış, Cavabdeh onların birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat, ümumilikdə isə 200 manat sabit pul məbləğində aliment ödəməsi barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar