Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1923/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi:X9, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2004-cü il tarixdə doğulmuş X5 25 mart 2024-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin mərhum qızı 2011-ci iidə yol nəqliyyat hadisəsi keçirmiş və avtomobil onu vurmuşdu. Hadisədən sonra iki aydan çox Bakı şəhərində yarləşən uşaq xəstəxanasında mülaicə almışdır. Həmin vaxtdan Fidanın psixi problemləri olmuşdur. Onu həmişə müalicə etdirmişdir. Qızı xx.xx.2024-cü il tarixdə saat 10 radələrində həyətində yerləşən tövlədə özünü asaraq intihar etmişdir. Mərhum Lənkəran rayonu Haftoni qəsəbəsində olan qəbrstanlıqda dəfn edilmişdir. Mərhum qızı vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamşdır. Qızın ölməsi barədə həkim arayışı ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. Qızının intihat edilməsi ilə əlaqədar Lənkəran rayon prokurorluğunda araşdırma olmuşdur. Araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qızın ölməsi ilə əlaqədar ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə etdi. Ona görə də qızı X5 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona torpaq sənədləri və vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır Məhkəmə iclasında iştirak edənn Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçinin qardaşı arvadıdır. X12 25 mart 2024-cü il tarixdə intihar etmiş, onu Lənkəran rayonu, Haftoni qəsəbə qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçinin qardaşı, ölən şəxsin isə dayısıdır. X12 25 mart 2024-cü il tarixdə intihar etmiş, onu Lənkəran rayonu, Haftoni qəsəbə qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, X12 onun doğma bacısıdır. Bacısı 2011- ci ildə yol nəqliyyat hadisəsi keçirmiş və avtomobil onu vurmuşdur. Həmin vaxtdan sonra Fidanda psixi problemlər yaranmağa başlamışdır. Belə ki, Fidan tez özündən çıxan, aqressiv biri olmuşdur. Evə kənar şəxslər gələndə, anası onu danlayanda əsəbiləşirdi. Bununla bağlı olaraq bacısı müalicələr almışdır. Əvvəllər bacısı bir neçə dəfə intihara cəhd etmişdir. Lakin bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Sonuncu dəfə keçən ilin yay aylarında bacısı tövlədə özünü asmaq istəmiş, lakin ailə üzvləri buna imkan verməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, qardaşı və bacısı evdə olmuşlar. Atası işləmək üçün Bakı şəhərinə getmiş, anası isə örüş sahəsində olmuşdur. Qəfildən bacısının evdən çıxdığını görmüş, o da Fidanın sanitar qovşağa getdiyini düşünmüşdür. Lakin bir neçə dəqiqədən sonra bacısının geri gəlmədiyini görüb bayıra çıxmışdır. Yaşadıqları evin həyətində tikilmiş tövlədə Fidanı kəndirdən asılmış vəziyyətdə görmüşdür. O, dərhal tövlədə olan mişarla kəndiri kəsmiş və bacısını yerə düşürtmüşdür. O, dərhal dayısı Elşən Yunusova məlumat vermiş, daha sonra evdə olan qardaşı qışqırmağa başlamış və qonşular səs-küyə gəlmişlər. Bundan sonra bacısının meyitini evə aparmışlar. Daha sonra hüquq mühafizə orqanı əməkdaşları gəlmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon prokurorluğunun 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, X5 ölməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 27 aprel 2024-cü il tarixli, 3-16-5/8-10-463/2024 nömrəli məktubundan görünür ki, X5 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər İHB-nın Haftoni qəsəbə inzibari ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu Haftonu qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır və xx.xx.2024-cü il tarixdə Haftonu qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 437039 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə, Lənkəran şəhəri Haftonu qəsəbəsində doğulmuş, atası X6, anası X2r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X12 25 mart 2024-cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X5 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 25 mart 2024-cü il tarixdə Lənkəran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 fevral 2004-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş X5 25 mart 2024-cü il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1923/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1923/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver