Məhkəmə qərarları › İş №2(049)-1942/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1942/2023

10.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1942/2023 10.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya Prosesində aralarında bağladıqları MŞL-00259 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010-ci il təvəllüdlü X4, xx.xx.2012-cu il təvəllüdlü X5 və xx.xx.2019-ci il təvəllüdlü X1 üçün hər birinə 100 manat olmaqla, üç uşağa görə cəmi 300 (üçüz ) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə el adətinə uyğun toy edib ailə qurmuş. Birgə yaşadığı müddətdə xx.xx.2010-cu ildə X10, xx.xx.2012-ci il X11 və xx.xx.2019-ci ildə X12 uşağları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışılar. Ayrıldıqdan sonra Rufullayev Sübhan uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət edib. Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində № MŞL-00259 saylı barışıq sazişi imzalamışlar. Cavabdehlə barışıq sazişi bağlayan vaxt belə razılaşblar ki, Maraqlı şəxs üç uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimenti ona ödəyəçəkdir. X2 barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində № MŞL-00259 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək, ərizə tələbini müdafiə edərək ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lənkəran şəxsiyyət vəsiqəsinın surətindən görünür ki, Babayeva X3 rayonunun Zövlə kəndində qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəxsiyyət vəsiqəsinın surətindən görünür ki, Fərziyev X9 rayonunun Separadi kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il təvəllüdlüdür. Atası Fərziyev Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il təvəllüdlüdür. Atası Fərziyev Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il təvəllüdlüdür. Atası Fərziyev Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, hər üç uşağa dair Maraqlı şəxs atalığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞL-00259 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi ilə (ikinci) Maraqlı şəxs arasında barışıq sazişi imzalandıqdan sonra xx.xx.2010 cu il təvəllüdlü X10, xx.xx.2012 -ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. İş materiallarında olan iş üzrə maraqlı şəxs X8 tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış teleqramda qeyd etmişdir ki, o, ərizə tələbini etiraf edir və xx.xx.2023-cü il tarixli, MŞL-00259 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞL-00259 saylı barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 01 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, ümumilikdə isə 3 (üç) uşağa görə 300 manat manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar