Məhkəmə qərarları › İş №2(049)-1964/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1964/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1964/2023 13.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1976-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu günlərdə o xx.xx.1976-cı il tarixdə vəfat etmiş X2nın ölüm haqqında şəhadətnaməsinin verilməsi xahişi ilə ərizə ilə Maraqlı şəxsnə müraciət etsə də, 1973-1979-cu illər üzrə yoxlanılmış 1946-cı ildən saxlanılan arxiv məlumatları arasında 1976-cı ilə aid ölüm haqqında akt qeydi aşkar olunmadığı üçün ərizəsinin icrasından imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Bu səbəbdən də o X2nın xx.xx.1976-cı ildə ölməsini qeydiyyata almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Nənəsi Lənkəran ərazisində yerləşən qəbrstanlıqda dəfn olunmuş qəbr daşı da mövcuddur və qəbr daşının üzərində müvafiq məlumatlar öz əksini tapmışdır. X2 xx.xx.1976-cı ildə vəfat etsə də bu günə qədər ölüm faktı dövlət qeydiyyatına alınmamışdır. Bu da yolverilməzdi, çünki bir şəxs sağ deyilsə, o zaman ölümü müvafiq qaydada qeydiyyata alınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbadov X4 şəhəri, A.Bağırov küçəsi, ev 28 ünvanında yaşayır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi Lənkəran şəhəri A.Bağırov küçəsi ev 28-də yaşayan Ərizəçi miras əmlakdan tam hissədə irs almalıdır. X9 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, X9 filialında saxlanılan Azərbaycan Respublikasi Lənkəran rayonu X1 Qeydiyyat şöbəsinin 1940-1941-ci illərə aid vəfat aktı kitabı yoxlanıldı. Həmin kitabın 10 mart 1941-ci il tarixli, 64 N-li vəfat aktına əsasın X6 16/İ-1941-ci ildə vəfat etməsi yazılmışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o Ərizəçi xalası oğludur. X8 nənəsidir. X2 xx.xx.1976-cı ildə vəfat etmişdir, o həmin vaxtı uşaq yaşlarında olsa da, nənəsinin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında Şahid2 və Şahid3 şahid X3 ifadələrində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X5 1976-cı il avqust ayının 12-də Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,X1 qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «X1 dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1903-cü il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X5 12 avqust 1976-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1903-cü il təvəllüldü, Lənkəran şəhərində doğulmuş X5 12 avqust 1976-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar