Məhkəmə qərarları › İş №2(049)-1984/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1984/2023

12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1984/2023 12.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X1 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs X4 ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL- 01296 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs məndən,yəni Ərizəçi xx.xx.2017-ci il tarixdə doğulmuş X5 atası olmasının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə münasibətindən xx.xx.2017ci il tarixdə dünyaya gəlmiş X5 atalığının müəyyən edilməsindən ötrü qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü 2022-ci ilin noyabr ayında lənkəran 1 saylı mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə MŞL-01296 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X6mm atası olmasını etiraf etmiş və həmin saziş imzalandıqdan sonra Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 atalığın müəyyən edilməsini öhdəsinə götürmüşdür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tərəflərin məhkəməyə göndərdikləri ərizələrdən görünür ki, işin mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞL/01296 saylı Barışıq Sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X5 atası olma faktını qəbul edilməsiylə bağlı razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 şəhərində doğulmuş anası Ərizəçidır. Məhkəmə işin hallarına dair iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə yanaşı, məhkəmə qeyd edir ki, şəxsə doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəçinin tələbi xx.xx.2022-ci il tarixli, MŞL/01296 saylı Barışıq Sazişində göstərilmədiyinə görə ərizə həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-01296 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar