Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2017/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1931-ci il təvəllüdlü mərhum atası X6 18 may 2022-ci il tarixində Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1931-ci il tarixdə atası X1 rayonun Şağlaküçə kəndində doğulmuş xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn olunmuşdur. Atası vəfat edərkən qanuni tələbini bilmədiyi üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda vərəsəlik məsələsini həll elməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, atası X6 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində atası X10 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ölüm faktının qeyd olunması vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ərizəçi Məmmədağa oğlu və Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştiakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, atası X10 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn olunmuşdur. Atası vəfat edərkən qanuni tələbini bilmədiyi üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, mərhumun bacısının əridir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 27 aprel 2023-cü il tarixli, nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum atasının ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 19 aprel 2023-ci il tarixli, 254/4 nömrəli Lənkəran Şəhər bələdiyyəsinin arayışından görünür ki, Lənkəran Şəhər sakini xx.xx.1931-ci il təvəllüdlü X10 xx.xx.2022-ci ildə Böyük bazar qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 436904 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə, Lənkəran şəhərində doğulmuş, atası X8, anası X5r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 05 may 2023-cü il tarixli, Dövlər arxivinin Lənkəran Filialının arayışından götünür ki, X2nun 1931-ci il tarixli doğum fakı aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına mərhum X3 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəni, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, 01 iyul 1931-ci il tarixdə doğulmuş X6 vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X6 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması zərurət olmuuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 18 may 2022-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1931-ci il tarixdə, Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş X6 18 may 2022-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçi oğluna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2017/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2017/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver