Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-203/2024 23.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 dekabr 1957-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş X2 18 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunun Boladi kəndində doğulmuşdur. X1, anası isə X7r. Ondan başqa üç bacısı - Hacıyeva(Əsədova) İntizar Əbdülhüseyn qızı, Əkbərova(Əsədova) Sevinc Əbdülhüseyn qızı və Məmmədova(Əsədova) Aysel Əbdülhüseyn qızı vardır. Bacılarının hər üçü hələ atalarının sağlığında ailə qurmuş və halhazırda ailələri ilə birlikdə yaşayırlar. O, isə hazırda evli olmaqla ailəsi və anası ilə birlikdə Lənkəran rayonunun Boladi kəndində yaşayır. X1 18 sentyabr 2023-cü ildə Lənkəran rayonunun Boladi kəndində vəfat etmiş və onun cənazəsi Lənkəran rayonunun Boladi kənd qəbristanlığında dəfn olunmuşdur. X1 ölən günə kimi onun yanında yaşamışdır. Həmin vaxt başları hüzr mərasiminə qarışdığından X1nun ölümünə dair şəhədaətnamə almaq üçün Maraqlı şəxsnə vaxtında müraciət edə bilməmişlər. Atasının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiklərindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişlər. Maraqlı şəxsnə atasının ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsələr də, qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımdır. Əlavə olaraq bildirir ki, atası Əbdülhüseyn Əsədov ailə üzvlərinin və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum və ailə üzvlərinin hamısı iştirak etmişlər. Atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum X3 onun doğma atasıdır. X10 xx.xx.1957-ci ildə anadan olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 18 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Boladi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, mərhum X3 onun doğma atasıdır. X10 xx.xx.1957-ci ildə anadan olmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lənkəran rayonu, Boladi kəndinin qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 13-16-8-10-11638115/2023 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1957-ci ildə anadan olmuş X3 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran Rayonu Boladi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 82 №-li arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin atası xx.xx.1957-ci ildə doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1957-ci ildə doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-203/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-203/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver