Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2041/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası 19 iyul 1969-cu il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, atası 19 iyul 1969-cu il təvəllüdlü X5 2014cü ildə Azərbaycan Respublikasını tərk edərək, Suriya dövlətinə getmiş və orada qeyriqanuni hərbi birləşmələrə qoşulmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşına yaraşmayan hərəkətlərə yol verərək insan qırğınına səbəb olan döyüşlərdə iştirak etmiş və çox güman ki, həmin döyüşlərdə ölmüşdür. X1 bu hərəkəti ailələrinə baş ucalığı gətirməmiş və nəticədə anası X6 bunlara dözməyərək, xx.xx.2019-cu ildə dünyasını dəyişmişdir. Nəticədə atası X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10083/2017 saylı, 05 iyun 2017-ci il tarixli qəttnaməsi əsasında Azərbaycan Respublikası vətəndaşlığından çıxarılmışdır. Bütün bunlar atası X5 ilə bağlı dövlət orqanlarında hüquqi məsələlərlə bağlı işlərə aydınlıq gətirilməsinə çətinlik törədir. Buna görədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-ci il təvəllüdlüdür. İ-AZ seriyalı, 132075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuşdur. Atası – X5, anası X3r. AZ-İ seriyalı, 990934 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Lənkəran Şəhər Rayon X8 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mirəziz Hüseynzadə tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 avqust 2019-cu il tarixli qərar ilə Ərizəçi şikayət ərizəsi əsasında toplanmış 2131 saylı təhqiqat materialı üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Ərizəçi atası Natiq Abdullayevin axtarılıb tapılması ilə əlaqədar polis orqanına müraciət etmişdir. Lənkəran Şəhər Rayon X8 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orucəli Mürşüdzadə tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 avqust 2022-ci il tarixli qərar ilə Ərizəçi şikayət ərizəsi əsasında toplanmış HK-1/2614 saylı təhqiqat materialı üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Ərizəçi atası Natiq Abdullayevin axtarılıb tapılması ilə əlaqədar polis orqanına müraciət etmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10083 saylı, xx.xx.2017-ci il tarixli qətnamədən görünür ki, həmin məhkəmə qətnaməsi ilə 19 iyul 1969-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran şəhəri, Sütəmurdov küçəsində qeydiyyatda olan X2 Azrbaycan Respublikasının vətəndaşlığının itirilməsi qət edilmişdir. Qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə məhkəməyə müraciət edərək 19 iyul 1969cu il tarixdə Lənkəran rayonunda anadan olmuş X2 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 19 iyul 1969-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X2 ölkə hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuş və bu barədə tərtib edilmiş material şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün xx.xx.2017-ci il tarixli 23/5-1976 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. “Giriş - çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat- axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, X5 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən soma ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “X2 2014-cü ildə Suriya Ərəb Respublikası ərazisinin münaqişəli bölgələrində dini-ekstremizm zəmnində yaradılaraq faəliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulması və orada gedən döyüşlər zamanı öldürülməsinə dair məlumatlar daxil olmuşdur. Lakin, Suriyadakı münaqişə bölgəsinin terrorçu və dini-ekstremist təşkilatlarının nəzarəti altında olması səbəbindən Natiq Abdullayevin öldürülməsinə dair təsdiqləyicı materialları əldə etmək mümkün olmamışdır.” Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilərək, 19 iyul 1969-cu il təvəllüdlü X2 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən,şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, X2 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyul 1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmuş X5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılsın. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(049)-2041/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2041/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver