Məhkəmə qərarları › İş №2(049)-2042/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2042/2023

17.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2042/2023 17.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X16 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, ərizəçi X2 ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X7 maraqlı şəxslər qismində Lənkəran və Xəzər rayon Qeydiyyat şöbələrini göstərməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü qardaşı X7 03 aprel 2023-cü il tarixdə vəfat etmişvə Bakı şəhərində dəfn edilmişdir. Mərhuma aid qəbrüstü abidənin fotoşəkili ərizəyə əlavə olunmuşdur. Mərhumun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş lakin mərhumun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından müraciət təmin edilməmişdir. Bu barədə qeydiyyat şöbəsinin 03 may 2023-cü il tarixli imtina məktubunu ərizəyə əlavə etmişdir. Qeyd edir ki, qardaşının ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktı müəyyən edilməlidir. Həmin sənədi başqa cür ala bilmir. Hazırda qardaşı X2 03 aprel 2023-cü il tarixdə Bakı şəhərində ölüm faktını təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəçi məhkəmədən X2 03 aprel 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi X7 ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı Şaiq Binə qəsəbəsində vəfat etmişdir. Dəfn pulu almaq üçün ölüm şəhadətnaməsi tələb olunduğundan məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxslər Lənkəran və Xəzər rayon Qeydiyyat şöbələrinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. mBelə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X1 şəhəri, M.Hüseynzadə küçəsi, ev 4/8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1976-cı il tarixdə anadan olmuş və “Ata” qrafasında ”X5”, “Ana” qrafasında isə “X9” qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə anadan olmuş və “Ata” qrafasında ”X5”, “Ana” qrafasında isə “X9” qeyd edilmişdir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 göndərilmiş məktubda X2 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin olunmasının mümkün olmadığı qeyd edilmiş və bu məqsədlə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı BSMPHŞ 29 nömrəli birləşmiş şəhər xəstəxanasının Xəzər rayon məhkəməsinə təqdim etdiyi arayışdan görünür ki, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 2, ev 31 ünvanında yaşamış xx.xx.1976-cı il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ev şəraitində, təcili yardım tərəfindən ölüm faktı qeydə alınmış, lakin vəfat etmiş şəxsin ölüm səbəbi naməlum olduğuna görə AZS 106 forma(ölüm haqqında şəhadətnamə) verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında X8 şahid kimi izahat verərək mərhum Şaiq Bünyatovun qonşusu olduğunu, onun iki ay əvvəl Binə də vəfat etdiyini və orada dəfn edildiyini bildirdi. Məhkəmə iclasında X15 şahid kimi izahat verərək mərhum Şaiq Bünyatovun onun dayısı olduğunu, təxminən iki ay əvvəl vəfat etdiyi üçün Binə qəsəbəsində dəfn edlidiyini bildirdi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1976-cı ildə anadan olmuş ərizəçinin qardaşı X7 xx.xx.2023-cü-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.1976-cı il tarixdə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə dəfn xərcləri ilə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X2 ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş X2 xx.xx.2023-cü il Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar