Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2052/2023 03.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,12 fevral 1987-ci il tarixdə ünvan 1ində anadan olmuş qızı X3 12 avqust 1998-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx.xx.1986-cı il tarixdə, ünvan 1 sovetliyində, nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 №-li, İV-ЖГ № 285212 saylı, “Nikahın bağlanması haqqında Şəhadətnamə” əsasında nikaha daxil olmuşdur. X7 ilə birgə nikahlarından xx.xx.1987-ci il təvəllüdlü X9, xx.xx.1988-ci il təvəllüdlü X8, xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1993-cü il təvəllüdlü X1 və xx.xx.1994cü il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdurlar. xx.xx.1987-ci il təvəllüdlü X9 anadangəlmə ürək çatışmazlığı ilə anadan olduğuna görə daimi əziyyət çəkmişdir. Həkim nəzarəti altında uzun müddətli müalicə olunmasına baxmayaraq, 11 yaş 6 aylıq X9 ürək çatışmazlığı xəstəliyi ucbatından 12 avqust 1998-ci il tarixdə, gündüz saat 12 - 13 radələrində yaşadıqları ünvan 1i ünvanındakı evlərində qəflətən vəfat etmişdir. Uşaq 11 yaş 6 aylıq olduğu üçün molla da çağrılmadı və Lənkəran rayonu, Şağlaküçə kəndi qəbristanlığında dayısı X11 yerləşdiyi qəbirin ayaq tərəfində torpağa tapşırılıb dəfn edilmişdir. Bununla belə uşağın 11 yaş 6 aylıq olması və ən əsası savadsızlıqları ucbatından qızının ölüm faktının qeydiyyata götürülüb, müvafiq “Ölüm haqqında şəhadətnamə”nin alınmasından ötrü hər hansı bir dövlət qurumuna müraciət etməmişlər. Ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə ölüm akt qeydiyyatı aşkar olunmadığı bildirilərək bu barədə ona məktub verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ölüm faktının qeyd olunması ona pensiya məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də o, qızı X3 ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə çxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, mərhum X9 onun doğma qızı idi. X17 12 fevral 1987-ci il tarixdə ünvan 1ində anadan olmuş, 12 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum ürək qüsuru ilə doğulmuş, yaşadığı müddət ərzində ürəyindəki xəstəlikdən əziyyət çəkmiş, müalicələr heç bir müsbət təsir göstərməmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, Sevinc Əhmədova 12 avqust 1998-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu Şağlaküçə kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum X9 onun doğma bacısı idi. X17 12 fevral 1987-ci il tarixdə ünvan 1ində anadan olmuş, 12 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum ürək qüsuru ilə doğulmuş, yaşadığı müddət ərzində ürəyindəki xəstəlikdən əziyyət çəkmiş, müalicələr heç bir müsbət təsir göstərməmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, Sevinc Əhmədova 12 avqust 1998-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu Şağlaküçə kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, mərhum X9 onun doğma bacısı idi. X17 12 fevral 1987-ci il tarixdə ünvan 1ində anadan olmuş, 12 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum ürək qüsuru ilə doğulmuş, yaşadığı müddət ərzində ürəyindəki xəstəlikdən əziyyət çəkmiş, müalicələr heç bir müsbət təsir göstərməmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, Sevinc Əhmədova 12 avqust 1998-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu Şağlaküçə kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, mərhum X9 onun doğma bacısı idi. X17 12 fevral 1987-ci il tarixdə ünvan 1ində anadan olmuş, 12 avqust 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum ürək qüsuru ilə doğulmuş, yaşadığı müddət ərzində ürəyindəki xəstəlikdən əziyyət çəkmiş, müalicələr heç bir müsbət təsir göstərməmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, Sevinc Əhmədova 12 avqust 1998-ci il tarixdə vəfat etmiş, Lənkəran rayonu Şağlaküçə kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nm 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda,ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran ŞİHB-nin Şağlaküçə KİƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 12 fevral 1987-ci il təvəllüdlü X9 12 avqust 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran rayonu, Şağlaküçə bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 16 №-li aktdan görünür ki, 12 fevral 1987-ci il təvəllüdlü X9 12 avqust 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin qızı 12 fevral 1987-ci il tarixdə doğulmuş X9 12 avqust 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəm müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, 12 fevral 1987-ci il tarixdə doğulmuş X3 12 avqust 1998-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 12 fevral 1987-ci il tarixdə doğulmuş X3 12 avqust 1998-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2052/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2052/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver