Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2059/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 1977-ci il tarixdə Lənkəran rayon Port-İliç şəhərində anadan olmuş X2 12 aprel 2025-cü il tarixdə Lənkəran rayon Liman şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o hazırda yuxarıda qeyd edilən ünvanda yaşayır. Həyat yoldaşı X1 rayon.Liman şəhər sakinin xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evin həyətində olan ağacdan özünü kəndirlə asaraq intihar etmişdir.Yoldaşını həlak olduqdan sonra onun cənazəsi yaşadığı evindən qəbrislanlığa aparılaraq dəfn olunmuşdur. Yoldaşı vəfat edərkən hamısının başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadımız olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməyiblər. Hazırda o sosial müavinət almaq məsələsini həll etmək istəyir. Buna görə də ondan həyat yoldaşı X2 ölümü haqqında şəhadətnamə tələb eldilər. Ona görədə o həyat yoldaşı X4 üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs arxivində həyat yoldaşı X4 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verildi. Qeydiyyat şöbəsində həmin lakım müəyyən edilməsi üçıın məhkəməyə müraciət elməyi tövsiyyə etdilər. Ona görə də o həyat yoldaşı X2 ölüm faktının müəyyən elmək üçün məcbur olub məhkəməyə müraciət edib. Ölüm faktının qeyd olunması ona sosial müavinət almaq məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 bildirmişdir ki, mərhum X4 onun doğma oğludur. Fərhadın 3 övladı olmuş, onalrdan biri hərbi xidmətdə dəri ortancıl, balacası isə 2 yaş yarımlıq uşaqdır. Oğlu son dövrlərdə spirtli içkilərə meyl etmiş və evdə tək olduğu zaman xx.xx.2025-ci il tarixdə iplə özünü asaraq intihar etmişdir. X2 xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Liman şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən Şahid2 bildirmişdir ki, mərhum X4 onun doğma qardaşıdır. Fərhadın 3 oğlan övladı vardır. Özü subaydır restoranda aşpaz işləyir. Mərhum başqa evdə ailəsi ilə yaşamışdır. Qardaşından xəbər çıxmadıqda xx.xx.2025-ci il tarixdə hasarı aşıb evə girmişlər bu zaman qardaşının iplə özünü asaraq intihar etməsini görmüşlər. Bununla bağlı prokurorluqda araşdırma aparılmışdır. X2 xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Liman şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X4 və X5 arasında nikah 06 iyun 2007-ci il tarixdə Lənkəran şəhər icra nümayəndəliyi tərəfindən 40 sayla bağlamış, nikah bağlandıqdan sonra ərə Əskərov, arvada Əskərova soyadı verilmişdir. Lənkəran rayon müstəntiqi, İİ dərəcəli hüquqşunas X6 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 89C-25 N-li ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Liman ailə sağlamlıq mərkəzinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.1977-ci il Liman şəhəri Sabir küçəsi ev 75-də yaşayıb və Liman ASM tərəfindən ona ölüm haqqında şəhadətnaməsi verilməsi imkan xaricindədir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 2025-ci il aprel ayının 12-də Lənkəran rayonun Liman şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş X2 12 aprel 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci ildə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş X2 12 aprel 2025-ci il tarixdə Lənkəran rayonu Liman şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2059/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2059/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver