Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2083/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 1970-ci il tarixində anadan olmuş X2 01 aprel 2007-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü qardaşı X5 xx.xx.2007-ci il tarixində vəfat etmiş və qohumlarıyla birgə onu Lənkəran rayonu Seydəkəran kənd qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri rayon mərkəzindən 11 km uzaqda yerləşən Seydəkəran kənd qəbristanlığında yerləşir. Qardaşı Sadətin ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar da təsdiq edə bilər. Qardaşı vəfat edərkən qanunun tələbini başa düşmədiyindən ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum qardaşı X2 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X2 ölüm şəhadətnaməsini heç bir formada əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək qardaşı X2 ölüm faktını təsdiq edən şəhadətnamə verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona xx.xx.2023-cü il tarixli, 13-16-8-10-799 saylı məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında arayışdan görünür ki, X5 08 sentyabr 1970-ci il tarixdə Lənkəran rayonu Seydəkəran kəndində doğulmuşdur. X1, atası X3r. Lənkəran ŞİHB-nın Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonun Seydəkəran kənd sakini X5 xx.xx.2007-ci il tarixində Seydəkəran kəndində vəfat edib və Seydəkəran kənd qəbristanlığında dəfn olunub. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, mərhum X4 tanıyırdı, onun atası Ağabala ilə dost olmuşdur. Sadət Mahmudov xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, mərhum X4 tanıyırdı, onlarla qonşu olmuşdur. Sadət Mahmudov xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadələrində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 2007-ci il aprel ayının 01-də Lənkəran rayonun Seydəkəran kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X2 01 aprel 2007-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş X2 01 aprel 2007-ci il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-2083/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2083/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver