Məhkəmə qərarları › İş №2(049)-2163/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2163/2024

29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2163/2024 29.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci ildə anadan olmuş X5 06 may 2016-cı il tarixdə Lənkəran rayonu Şiləvar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1958-ci il tarixdə Lənkəran rayon Biləsər kəndində anadan olmuşdur. 01 mart 1978-ci il tarixdə X10 ilə rəsmi ailə qurub evlənmişdir. Həyat yoldaşı Şahverdi Feyzullayev xx.xx.2024-cü iİ tarixdə vəfat etmiş və ona ölüm şəhadətnaməsi verilmişdir. Həyat yoldaşının mərhum qardaşı X9 06 may 2016-cı il tarixdə Lənkəran rayonu Şiləvar kəndində vəfat etmiş və Lənkəran rayon Şiləvar kəndində yerləşən qəbristanlığda dəfn olunmuşdur. Qaynı vəfat edərkən başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, qaynı X5 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində qaynı X9 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdi. Qeydiyyat şöbəsindən ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, qaynı X5 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, qaynı X1 heç vaxt ailə qurmamışdır və övladı olmamışdır. Ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Nikahın bağlanması haqqında arayışdan görünür ki, X9 və Ərizəçi xx.xx.1978-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Doğum haqqında arayışdan görünür ki, X10 01 oktyabr 1956-cı il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X4, atası X6r. Doğum akt qeydindən çıxarışdan görünür ki, X9 23 mart 1965-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X3r. Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran rayonunun sakini X10 xx.xx.2006-cı il tarixində Şiləvar kəndində vəfat edib və Şiləvar kənd qəbristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X2 həyat yoldaşı Şahverdinin doğma qardaşı olmuşdur. Allahverdi də onların qonşuluğunda qardaşı Şahverdi ilə birlikdə yaşamışdır. Allahverdi heç vaxt ailə qurmamışdır və övladı olmamışdır. Allahverdi sağlığında ciyər xəstəliyindən əziyyət çəkirdi. Allahverdi 06 may 2016-cı il tarixdə Lənkəran rayonunda vəfat etmişdir və qonşuların və qohumların iştirakı ilə Şiləvar kənd qəbiristanlığında dəfn edilmişdir. O, özü də dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Allahverdinin heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X13 və X16 da ifadələrində şahid X17 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədilər. Ərizəyə əlavə edilmiş qəbirüstü abidənin fotoşəklində X5 təvəllüdü: xx.xx.1965-ci il, ölüm tarixi: xx.xx.2016-cı il kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X5 2006-cı il may ayının 06-da Lənkəran rayonunun Şiləvar kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Cəmilə Hüseynovanın ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X8 06 may 2006-cı il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X5 06 may 2016-cı il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar