Məhkəmə qərarları › İş №2(049)-2169/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2169/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2169/2024 20.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, ərizəçi: Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il tarixdə doğulmuş X12 24 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Təngivan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi Lənkəran rayonu, Təngivan kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Lənkəran rayonunun Təngivan kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü X1 hüququ olmadan idarə etdiyi “VAZ 2104” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Lənkəran rayonunun Təngivan kəndində örtüksüz (torpaqlı) yolda hərəkətdə olduğu zaman idarə etməni itirmiş, avtomobil yoldan çıxaraq çay yatağına düşmüş, nəticədə ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin X18 aldığı xəsarətlərdən ölmüşdür. Onun xahişi əsasında meyit tibbi ekpertizada yarılmadığından ölüm şəhadətnaməsi verilməmişdir. Mərhum Lənkəran rayonu, Təngivan kəndi qəbrstanlıqda dəfn edilmişdir. Mərhum atası vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayısı almamışdır. Atasının ölməsi barədə həkim arayışı ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. Atası avtoqəzada ölməsi ilə əlaqədar Lənkəran Rayon Polis X4 xx.xx.2023-cü il tarixdə vət. X3 barəsində CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi mahiyyəti üzrə baxılması üçün Lənkəran Ağu Cinayətlər Məhkəməsinə göndərilmişdir. Atasının ölməsi ilə əlaqədar ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində atasının ölüm akt qeydiyyatı aşkar olunmadığını bildirmişdir. Qeydiyyat Şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. Ona görə də atası X12 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölum faktının qeyd olunması ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu fakı təsdiq edən şahidlər X6, X7 və X10, Lənkəran Rayon Polis X5 xx.xx.2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməs haqqında qərarı və xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüququ varisi kimi tanıma haqqında qərarla təsdiq edə bilər. Digər sənədləri (ittiham aktı və hökmü) cinayət işinə hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərdiklərini təsdiq edərək, ölüm faktının müəyyən edilməsini vərəsəlik işləri üçün lazım olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsində qeyd olunan iş üzrə ittiham hökmü çıxarılmış və hökm qanuni qüvvəyə minmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 24 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində həmişəki kimi işə gəlmişdir. Həmin gün saat 17 radələrində anbardan çıxıb karxananın həyətində yerləşən ayaqyoluna gedirmiş. Həmin vaxt həmkəndlisi Xurşud Qurbanovu karxananın həyətində görmüşdür. Həmin karxanadan kənarda feyxoa bağları vardır. Həmin feyxoa bağları Lənkəran rayonu Təngivan kənd sakinlərinə məxsusdur. Feyxoa bağlarına yol da karxananın həyətindən keçir. Həmin feyxoa bağlarında Xurşudunda da feyxoa ağacları vardır. O karxananın həyətində Xurşııdu görmüşdür. Xurşud onu görüb demişdir ki, karxanaya məxsus VAZ 2104 markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə feyxoa aparmaq istəyir. Xurşud demişdir ki, həmin avtomobil karxanaya məxsus olsa da, müdriyyəldən xahiş elmişdir ki. həmin avtomobillə feyxoa yükləyib aparsın. Karxananın direktoru da ona icazə vermişdir. Lakin o bunu bilməmişdir. Xurşud xahiş elmişdir ki, özü avtomobili sürə bilmir, avtomobili karxananın həyətinə kimi sürsün, sonra ora müştəri gələcək və feyxoanı satacaqdır. O razılaşmışdır. Onun sürücülük vəsiqəsi olmasa da, avtomobil idarə edə bilir. O avtomobilə əyləşmiş və avtomobili feyxoa bağlarına sürmüş, orada avtomobilə 3-4 kisə feyxoa yükləmişlər. Görmüşdür ki, həmkəndlisi Umud Əliyev adlı şəxsdə ordadır.Umud demişdir ki. o da gəlmək işləyir. O etiraz etməmişdir. Umud avtomobildə arxa oturacaqda, Xurşud isə qabaq sərnişin tərəfdə əyləşmişdir. O avtomobili təxminən 200- 300 metr sürüb karxananın həyətinə gətirib ora müştəri gəlib feyxoanı aparmalı imiş. Feyxoa kisələri də avtomobilin baqaj hissəsində olmuşdur. O avtomobili işlək vəziyyətə gətirib sürməyə başlamışdır. Yol torpaq olmaqla, palçıqlı olmuşdur. Yolun sol tərəfi yarağan, sonra isə çay yatağı və qazılmış vəziyyətdə olmuşdur, Hardasa təxminən 3 metr dərinlikdə olaımış. O avtomobili torpaq yolla təxminən 15 km/saat sürətlə idarə edirmiş. Təxminən 50-60 metı sürəndən sonra yolun sağ tərəli gölməçə olduğundan avtomobili yolun sol təıəlı ilə yəni azacıq quraqlıq yolla sürmək istəmişdir. Bu zaman avtomobilin qabaq sol təkəri yatağanın üstünə çıxmış və qəfildən avtomobil yolun sol tərəfində olan qazılmış yerə, yəni yaıağana düşmüşdüı. Avtomobil yarağana düşən kimi çevrilmiş və dam hissəsi aşağı, təkərlər isə yuxarı vəziyyətdə dayanmışdır. Yarağan çay daşları imiş. Avtomobilin şüşələıı sınmışdıı. Həmin vaxt hüşu başından çıxmışdır. Bir neçə dəqiqədən sonra özünə gəlmiş və görmüşdür ki, Xurşud üstünə düşüb. Umud də arxa oturacaqda uzanmış vəziyyətdə qalıb səsi çıxımı. Xurşudun baş nahiyəsi qanlı imiş. O birtəhər avtomobildən çıxmış və qazılmış yerdən çıxıb karxanaya gəlib orada olanlardan yardım istəmişdir. Həmin vaxt bır neçə şəxs gəlib Xurşud və Umudu avtomobildən çıxartmışlar. Xurşud və Umudi xəstəxanaya gəlirmişlər. O da dərhal əynindəki paltarlarını dəyişib xəstəxanaya gəlmişdir. Ona məlum olmuşdur ki, Umud artıq vəfat etmiş və Xurşud da baş nahiyəsindən xəsarət almışdır. Hadisə baş verəndə kənarda heç kimi görməmişdir. Özü avtomobildən çıxıb köməyə adam çağırmışdır. Avtomobilin yoldan çıxıb çay yatağına düşməsinə səbəb yolun bir tərəli gölçməçə olması olmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, , 24 oktyabr 2023-cü iltarixdə saat 08 radələrində həmişəki kimi işə getmişdir. Həmin gün saat 17 radələrində işdə olduğu zaman uzaq qohumu həmin karxanada işləyən Xaqanı Sudjayev həyəcanlı şəkildə qaçaraq yanına gəlib demişdir ki, avtomobili karxanaya gələn yolda yarağana aşırtmış və avtomobildə ondan əlavə iki şəxsdə vardır, həmin şəxslər avtomobildə qalmışlar. Xaqani bunu həyəcanlı şəkildə demiş və kömək istəmişdir. Həmin vaxt yanında olan və karxanada işləyən Fəryad Ramazanlı ilə birlikdə qaçaraq Xaqaninin dediyi yerə getmişlər. Xaqaninin göstərdiyi yer Lənkəran rayonu Təngivan kəndində yerləşən leyxoa bağlarından karxanaya gələn yol imiş. O dərhal hadisə yerinə çatmış və görmüşdür ki, karxanaya məxsus VAZ 21041 markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil karxanaya tərəf gələn yoldan çıxaraq yarağana aşmışdır. Avtomobil yarağana düşəndən sonra çevrilərək ban hissəsi üstündə dayanmışdır. O Fəryad və Xaqani dərhal yarağana düşmüşlər və avtomobildə olan iki şəxsi oradan çıxartmağa çalışmışlar. Görmüşdür ki, avtomobilin qabaq sərnişin tərəfində Lənkəran rayonu Təngivan kənd sakini Xurşud Qurbanov və avtomobilin arxa oturacağında isə onun həmkəndlisi həmdə karxanada fəhlə işləyən Umud Əliyevdir. Hər ikisinin huşu başından çıxmış \əziyyətdə imiş. Dərhal onların hər ikisini birtəhər avtomobildən çıxartmışlar. Həmin vaxt l mud Əliyevin vəziyyəti çox ağır imiş və baş nahiyəsindən qan gəlirmiş. Xurşudun baş nahiyəsi də azca əzilmişdir. Onların hər ikisini yola çıxartmışlar və tanımadığı bir avtomobillə Lənkəran rayon Mərkəzi xəstəxanasına göndərmişlər. Səhv etmirsə həmin vaxt Umud güclə nəfəs alırmış, Xurşud isə Umtıdə nisbətən yaxşı olmuşdur. Umud və Xurşudu xəstəxanaya göndərdikdən sonra özləri də sonradan xəstəxanaya gəlmişlər. Xəstəxanaya gələndə onlara məlum olmuşdur ki, Umud artıq yolda vəfal elmişdir İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-475/2024 saylı, 04 iyun 2024-cü il tarixli hökmündən görünür ki, X12 ölməsi faktı üzrə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.3-cü maddəsi ilə 3 il müddətə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 09 aprel 2024-cü il tarixli, 3-16-5/8-10-363/2024 nömrəli məktubundan görünür ki, X12 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran Şəhər İHB-nın Şovu kəndində inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X18 xx.xx.2023-cü il tarixdə Təngivan qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs verdiyi doğum haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu, Təngivan kəndində doğulmuşdur. X2 atası X17r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X18 28 fevral 1967-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X18 24 oktyabr 2023-cü ildə ölməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X12 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X12 24 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonun Təngivan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 fevral 1967-ci il tarixdə Lənkəran rayonu, Təngivan kəndində doğulmuş X12 24 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Təngivan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar