Məhkəmə qərarları › İş №2(049)-2172/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2172/2024

08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2172/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixdə anadan olmuş X1nun 24 aprel 2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır o, xx.xx.1981-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/15, mənzil 14-də yaşayır. X4 onun oğludur. O, xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. X1 24 aprel 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində dənizkənarı ərazidə yerləşən bir otaqlı tikilinin asma tavanından iplə özünü asaraq öldürmüşdür. Həmin vaxtı onlar şok vəziyyətində olduqları üçün və eyni zamanda hüquqi savadsızlıqdan onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. X1 vəfat etdikdən sonra o Lənkəran rayonu, Nərimanabad 1 qəsəbəsində yerləşən qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Hazırda o, onun uşaqları üçün ailə başçısının itirilməsi ilə əlaqədar müavinət almaq istəyirlər. Bununla əlaqədar müvafiq sənədləri toplayandan sonra, X1nun ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində X1 barədə ölüm akt qeydiyyatı aşkar olunmadı və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də o, X1nun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Qeyd edir ki, ölüm faktının qeyd olunması ona onun uşaqları üçün ailə başçısının itirilməsi ilə əlaqədar müavinət almaq məsələsinin həll edilməsi üçün lazımdır. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəçi və maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, mərhum X4 onun iş yoldaşı olmuşdur. Hazırda o, Lənkəran ŞRPŞ-nin PPXB-də xidmət edir. X5 Salayev xx.xx.2000-ci il tarixdə doğulmuşdur. O, verdiyi ifadə ilə təsdiq edir ki, X4 24 aprel 2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran rayonu, Nərimanabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, mərhum X4 onun iş yoldaşı olmuşdur. Hazırda o, Lənkəran ŞRPŞ-nin PPXB-də xidmət edir. X5 Salayev xx.xx.2000-ci il tarixdə doğulmuşdur. O, verdiyi ifadə ilə təsdiq edir ki, X4 24 aprel 2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran rayonu, Nərimanabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran ŞİHB-nin Nərimanabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12-3/92 №-li arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, 2000-ci il təvəllüdlü X2 meyiti xx.xx.2024-cü il tarixdə Lənkəran rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Kənan Cəfərlinin iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayon MTE və PA şöbəsində meyitin xarici müayinəsi keçirilmiş, onun bədəni üzərində ştranqulyasiya şırımı aşkar edilmişdir. Məhkəmə ərizəni tədqiq edib və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin mərhum oğlu xx.xx.2000-ci ildə doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarınınqeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.2000-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2000-ci ildə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar