Məhkəmə qərarları › İş №2(049)-219/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-219/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-219/2025 21.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası-X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi 29.08,1998-ci ildə Liman şəhərində anadan olmuşdur. X3, anası X4 ilə 1989-cu ildə ailə həyatı qurmuş, nikahlarını xx.xx.1989cu ildə Port lliç (indiki Liman şəhərinin) XDS icrayə Komitəsində ( indiki Ərazi icra Nümayəndəliyində) 254171 saylı şəhadətnamə əsasında qeydə aldırmışlar. Bu nikahdan iddaçı və bir bacısı dünyaya gəlmişdir. X2 qızı xx.xx.2017-ci ildə, atası-X12 isə xx.xx.2024cü ildə dünyasını dəyişmişdir. Hər ikisini Lənkəran rayonu, Liman şəhər qəbristanlığında dəfn eləmişlər. Lakin bugünkü günə kimi atasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Atasının ölüm faktını Liman şəhər Ərazi icra Nümayəndəliyinin verdiyi arayış da təsdiq edə bilər. Onun ən böyük arzusı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək, vətənimə və dövlətimə qulluq etməkdir. Buna görə də ona atasının ölüm faktının müəyyən edilməsi, haqqında ölüm arayışı lazımdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.4-cü maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİ seriyalı, 712365 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. X1, X3dur. Lənkəran ŞİHB-nın Liman şəhər ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 1612 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, “Novruzlu X13 rayonu, Liman şəhəri, T.Bağırov küçəsi ev 14 ünvanda qeydiyyatdadır, atası mərhum X12 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Liman şəhər qabrstanlığında dəfn olunmuşdur”. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-1245/2024 saylı məktubundan görünür ki, X12 xx.xx.2024-cü ilə aid ölümü haqqında akt qeyi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. «Lənkəran rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin Liman Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 265 saylı arayışdan görünür ki, X9 Liman ASM tərəfindən ölum aktı verilməyib. Qəbirüstü abidənin fotoşəklində X6 doğum tarixi “xx.xx.1964”, ölüm tarixi: “xx.xx.2024” kimi qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyən edilir ki, X12 xx.xx.1964-cü il təvəllüdlüdür, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində pasport qeydiyyatındadır. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, X15 onun bacısı Aybənizin oğludur. Bacısı Aybəniz 8 il bundan əvvəl vəfat etmişdir. Bacısının vəfatından sonra o, bacısı oğlu Suraca qulluq etmişdir. Suracın X3 olmuşdur. Tahir, Suracla birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşamışdır. Tahir Lənkəran şəhərində bazarda satıcı işləmişdir. O, 13 yanvar 2024-cü il tarixdə evdə olarkən vəfat etmişdir. Tahir, Lənkəran rayonu, Nərimanabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Tahirin heç kəslə düşmənçilik, ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirdi ki, X15 onun qonşusudur. Suracın anası Aybəniz, atası Tahir olmuşdur. Aybəniz illər əvvəl vəfat etmişdir və Surac atası ilə birikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşamışdır. Tahir Lənkəran şəhərində bazarda satıcı işləmişdir. O, 13 yanvar 2024-cü il tarixdə evdə olarkən vəfat etmişdir. Tahir Lənkəran rayonu, Nərimanabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X6 xx.xx.2024-cü il tarixdə ənkəran rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar