Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2192/2024 12.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası 20 iyun 1967-ci il təvəllüdlü X7 və anası 01 yanvar 1972-ci il təvəllüdlü X3 18 yanvar 2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası Cabir Qənbərov 1967-ci il təvəllüdlü X13 və anası 01 yanvar 1972-ci təvəllüdlü X4 18 yanvar 2024-cü il tarixində dəm qazından boğulma nəticəsində vəfat etmiş və qohumları ilə birgə onları Lənkəran rayonu Göyşaban kənd qəbiristanlığında dəfn etmişdir. Valideynlərinin ölüm faktı hadisə yerində olan şahidlər, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkim briqadası tərəfindən təsdiq edilir. Valideynləri vəfat edərkən qanunun tələbini başa düşmədiyindən o, ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarını həyata keçirilməsi ilə bağlı mərhum atası X7 və X1nın ölüm şəhadətnaməsi tələb olunur. Lakin atası X7 və X1nın ölüm şəhadətnaməsini heç bir formada əldə etmək olmur. Bununla əlaqədar olaraq o, Maraqlı şəxsnə müraciət edərək atası X7 və X1 ölüm faktını təsdiq edən şəhadətnamə verilməsini xahiş etmiş. lakin Maraqlı şəxs arxivində ölüm qeydiyyatı tapılmamış və bu barədə ona 07 may 2024-cü il tarixli 3-16-5/8-10- 498/2024 saylı məktub göndərilərək məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu fakı məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, mərhum X4 onun qızı olmuşdur. X13 onun qızı Bənövşənin həyat yoldaşı olmuşdur. Onlar mehriban ailə kimi yaşamışlar. 18 yanvar 2024-cü il tarixində onlar evdə dəm qazından boğulma nəticəsində vəfat etmişlər. Qızı Bənövşə və onun həyat yoldaşı Murad qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu, Göyşaban kənd qəbiristanlığında dəfn edilmişlər. Qızı və yeznəsinin heç kəslə düşmənşilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, mərhum X13 onun qardaşı olmuşdur. Cəfərov Murad və həyat yoldaşı X3 heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. 18 yanvar 2024-cü il saat 17 radələrində yaşadıqları Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evin həyətindəki hamam otağında birlikdə yuyunarkən həmin hamam otağında quraşdırılmış qazla işləyən axınlı su qızdırıcısının (pitiminutka) yanma prosesinin düzgün olmaması səbəbindən dəm qazından zəhərlənmələri nəticəsində vəfat etmişlər. Onlar qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu, Göyşaban kənd qəbiristanlığında dəfn edilmişlər. X2, X5 ifadəsində bildirdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Lənkəran rayonu Göyşaban kəndində doğulmuşdur. X1, atası X11r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 xx.xx.1993-cü il tarixdə rəsmi nikaha girmiş və bu barədə Maraqlı şəxsndə 21 sayla nikah bağlanmışdır. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran rayonun Göyşaban kənd sakinləri X13 və X4 xx.xx.2024-cü il tarixində Göyşaban kəndində vəfat ediblər və Göyşaban kənd qəbristanlığında dəfn olunublar. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 xx.xx.2024-cü ilə aid ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 xx.xx.2024-cü ilə aid ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X9 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə xx.xx.2024-cü il tarixdə saat 17:30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman polis bölməsinin növbətçi hissəsindən Lənkəran rayonunun Göyşaban kənd sakinləri xx.xx.1967-ci il təvəllüdlü X13 və xx.xx.1972-ci il təvəllüdlü arvadı X4 18 yanvar 2024-cü il tarixində, saat 17 radələrində yaşadıqları Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evin həyətindəki hamam otağında birlikdə yuyunarkən həmin hamam otağında quraşdırılmış qazla işləyən axınlı su qızdırıcısının (pitiminutka) yanma prosesinin düzgün olmaması səbəbindən dəm qazından zəhərlənməsi nəticəsində ölməsi barədə Lənkəran rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından toplanmış 218c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin 61 saylı xx.xx.2024-cü il tarixli “xəbərdarlıq vərəqəsi”ndə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:48 radələrində Lənkəran rayonu, Göyşaban kəndində 1972-ci il təvəllüdlü X3 meyiti aşkar edilmişdir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin 60 saylı xx.xx.2024-cü il tarixli “xəbərdarlıq vərəqəsi”ndə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:48 radələrində Lənkəran rayonu, Göyşaban kəndində 1967-ci il təvəllüdlü X7 meyiti aşkar edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X4 və X7 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonun Göyşaban kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X7 və xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2024-cü i il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X13 və xx.xx.1972-ci il təvəllüdlü X3 18 yanvar 2024-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2192/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2192/2024
12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver