Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2288/2025 30.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu Ərizəçi Əlı̇ mı̇ rzə qızının Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi Əlı̇ mı̇ rzə qızının Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə ilə müraciət edərək etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmiş, həmin qəbz əlavə edilmiş sənədlərdə aşkar edilməmişdir. Yuxarıdakılara əsasən və MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Əlı̇ mı̇ rzə qızının Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2288/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2288/2025
30.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver