Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2337/2024 20.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X11, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü mərhum X2nın 13 aprel 2024-cü il tarixində ürək çatışmazlığından ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,ərizəçi yuxarıda qeyd edilən ünvanda yaşayır. Mərhum X2 xx.xx.1961-ci ildə anadan olmuşdur, lakin xx.xx.2024-cü ildə ürək çatışmazlığından vəfat etmişdir. Anası X1 şəhəri, Kiçik Bazar qəbirsanlığında dəfn olunmuşdur. Mərhum X2 Bakı şəhərində vəfat edərkən təcili tibbi yardım çağırılmış, lakin ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmışdır. Maraqlı şəxs mərhum anasının ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum X2nın xx.xx.2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasım xahiş etmişdir. Məhkəmə iclasında iştirak edənn Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi kürəkəni, mərhum isə onun qudasıdır. 13 aprel 2024-cü il tarixdə Bakı şəhərinə toy məclisinə qohumlarının evinə getmişlər. Həmin evdə olan zaman mərhum Rubabə Rzayeva ona özünü pis hiss etdiyini demişdir. X17 həmişə Esmira kimi çağırmışlar. Esmira deyə sonuncunu çağırmış, lakin Esmira dərindən nəfəs alıb dayanmışdır. Sonra kürəkəni təcili tibbi yardım çağırmışdır, lakin təcili tibbi yardım gələnədək artıq Rubabə Rzayeva ölmüşdür. X12 şəhəri, Kiçik Bazar qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçi onun əri, mərhum isə qaynansı olmuşdur. 13 aprel 2024-cü il tarixdə Bakı şəhərinə toy məclisinə qohumlarının evinə getmişlər. Həmin evdə olan zaman mərhum Rubabə Rzayeva ona özünü pis hiss etdiyini demişdir. Sonra əri təcili tibbi yardım çağırmışdır, lakin təcili tibbi yardım gələnədək artıq Rubabə Rzayeva ölmüşdür. X12 şəhəri, Kiçik Bazar qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 13 aprel 2024-cü il tarixli, Bakı Şəhər Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X8 “həkimə qədər ölüm, qadın cinsli meyit” qeydi aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 12 iyun 2024-cü il tarixli, 671/2024 nömrəli məktubundan görünür ki, X4 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 31 may 2024-cü il tarixli, 116/02 nömrəli Lənkəran Şəhər bələdiyyəsinin arayışından görünür ki, Lənkəran Şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü X8 xx.xx.2024-cü ildə “Kiçik bazar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarına mərhum X4 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X413 aprel 2024-cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 13 aprel 2024-cü il tarixdə Lənkəran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 noyabr 1961-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X4 13 aprel 2024-cü il tarixdə Lənkəran rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2337/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2337/2024
20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver