Məhkəmə qərarları › İş №2(049)-235/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-235/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-235/2024 17.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Əliyeva X2 Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü mərhum X7 xx.xx.2023-cü il tarixində Lənkəran rayonundan ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi xx.xx.1955- il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, hazırda Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşayır. xx.xx.1988-ci il təvəllüdlü mərhum X8 anasıdır. Atası 13-il öncə vəfat etmişdir. Hadisə gününədək də faktiki ailəli olmuş və ailəsi ilə birlikdə yaşamışdır. Hadisə zamanı öz həyətində olmuşdur. Belə ki, Mərhum oğlum Elvin Əliyev xx.xx.2023-cü il tarixdə yaşadığı Lənkəran şəhəri Nərimanab qəsəbəsində yerləşən həyətyanı sahəsində olan təxminən 6-7 m hündürlükdə olan su çənini təmizləmək niyyəti ilə qalxmışdır,bu zaman Elvin Əliyevin dostu X5 və həyətə qonağ gələn Elvinin digər dostları da həyətdə olmuşdur. Onlar həyətdə samovar qalamaqla çay içmək istəyirdilər. İşin ibtidai istintaqı zamanı da ifadə verən Rafayıl Ələkbərov bildirir ki, o, hadisədən dərhal öncə sonuncu dəfə Elvini pilləkənlərlə su çəninə qalxan zaman görmüşdür. Həmin zaman özü çayın təşkili üçün samovara baxmışdır. Təxminən 1-2 dəqiqə sonra gəldiyindən arxaya baxan zaman artıq Elvinin ağzı üstə aşağı uzandığını və su çəninin də onun üzərində olduğunu görmüşdür. Dərhal su çənini kənara qoyub Elvini avtomobilə yerləşdirərək xəstəxanaya aparımışlar. Elvin maşında olan zaman sağ olmuşdur, lakin irəliləyən dəqiqələrdə artıq nəbzinin döyünmədiyi müşahidə edilib. Lənkəran RMX-na çatdırıldıqda həkimlər Elvinin rəhmətə getdiyini bildirmişlər. Elvin su çəninin onun üzərinə aşması nəticəsində dünyasını dəyişmişdir. O isə hadisəni evdə olan zaman həmin tarixdə və saatda gəlini Aygünün ona Elvinin üzərinə su çəni aşmasını bildirən zaman bilmiş. Həmin hadisə ilə bağlı Lənkəran rayon prokurorluğunda ibtidai araşdırılma aparılmış və Elvin Əliyevin ölümündə kimsənin qəsdi və ya ehtiyatsızlığı olmadığından, baş vermiş hadisədə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edənn Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, mərhum Elvin Əliyevin dostu olmuşdur. xx.xx.2023-cü il tarixdə Elvinin yaşadığı Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən həyətyanı sahəsində olan təxminən 6-7 m hündürlükdə olan su çənini təmizləmək niyyəti ilə qalxmışdır, bu zaman o və həyətə qonağ gələn Elvinin digər dostları da həyətdə olmuşdur. Onlar həyətdə samovar qalamaqla çay içmək istəyirdilər. Elvini pilləkənlərlə su çəninə qalxan zaman görmüşdür. Həmin zaman özü çayın təşkili üçün samovara baxmışdır. Təxminən 1-2 dəqiqə sonra gəldiyindən arxaya baxan zaman artıq Elvinin ağzı üstə aşağı uzandığını və su çəninin də onun üzərində olduğunu görmüşdür. Dərhal su çənini kənara qoyub Elvini avtomobilə yerləşdirərək xəstəxanaya aparımışlar. Elvin maşında olan zaman sağ olmuşdur, lakin irəliləyən dəqiqələrdə artıq nəbzinin döyünmədiyi müşahidə edilib. Lənkəran RMX-na çatdırıldıqda həkimlər Elvinin rəhmətə getdiyini bildirmişlər. Elvini Nərimanabad qəbistanlığında dəf netmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçinin yoldaşının bibisi nəvəsidir. xx.xx.2023-cü il tarixdə Elvinin yaşadığı Lənkəran şəhəri Nərimanabad qəsəbəsində yerləşən həyətyanı sahəsində olan təxminən 6-7 m hündürlükdə olan su çənini təmizləmək niyyəti ilə qalxmışdır, bu zaman o və həyətə qonağ gələn Elvinin digər dostları da həyətdə olmuşdur. Onlar həyətdə samovar qalamaqla çay içmək istəyirdilər. Elvini pilləkənlərlə su çəninə qalxan zaman görmüşdür. Həmin zaman özü çayın təşkili üçün samovara baxmışdır. Təxminən 1-2 dəqiqə sonra gəldiyindən arxaya baxan zaman artıq Elvinin ağzı üstə aşağı uzandığını və su çəninin də onun üzərində olduğunu görmüşdür. Dərhal su çənini kənara qoyub Elvini avtomobilə yerləşdirərək xəstəxanaya aparımışlar. Elvin maşında olan zaman sağ olmuşdur, lakin irəliləyən dəqiqələrdə artıq nəbzinin döyünmədiyi müşahidə edilib. Lənkəran RMX-na çatdırıldıqda həkimlər Elvinin rəhmətə getdiyini bildirmişlər. Elvini Nərimanabad qəbistanlığında dəfn etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran rayon prokurorluğunun 07 oktyabr 2023-cü il tarixli qərarından görünür ki,X6 ölməsi faktı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 03 noyabr 2023-cü il tarixli, 13-16-8-10-1644/2023 nömrəli məktubundan görünür ki,X8 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran şəhər 1 saylı icra nümayəndəiyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhüm X11 27 entyabr 2023-cü il tarixdə Nərimanabad qəsəbə qəbristanlığınd dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 339360 nömrəli şəhadətnamədən görünür ki, X11 04 may 1988-ci il tarixdə, Lənkəran rayon Nərimanabad qəsəbəsində doğulmuş, atas X13, anası X1r. İş materiallarına mərhum X8 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X11 xx.xx.2023cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X8 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 27 sntyabr 2023-cü il tarixdə Lənkəran rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 may 1988-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş X8 27 sentyabr 2023-cü il tarixdə Lənkəran rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar