Məhkəmə qərarları › İş №2(049)-2358/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2358/2023

06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2358/2023 06.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixində anadan olmuş mərhum X6 xx.xx.2022-ci il tarixində Lənkəran rayonu Şıxəkəran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Lənkəran rayonu Şıxəkəran kəndində yaşayır. X6 onun arvadıdır. xx.xx.1977-ci ildə anadan olmuşdur. Belə ki, mərhum arvadı evdə olan zaman 11 dekabr 2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Təcili və X5 şöbəsinə məlumat verilmişdir. Mərhum arvadı X1 rayonu Şıxəkəran kəndində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Mərhum arvadı vəfat edərkən o vaxt savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayış alınmamışlar. Mərhum arvadı ölməsi barədə həkim arayışı ala bilmədiklərindən onun üçün ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ərizəçi bununla əlaqədar arvadı X2 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs arxivində arvadının ölüm akt qeydiyyatının aşkar olunmadığı ona bildirilmiş və həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də o X3 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edib. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu faktı məhkəmədə çahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 1995-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 3 övladları olmuşdur. Onlar birgə olaraq Lənkəran rayonu, Şıxəkəran kəndində yaşamışlar. Mətanət Ağayeva sağlam olmuş və heç bir xəstəliyi olmamışdır. 11 dekabr 2022-ci il tarixdə qızı gecə saatlarında azyaşlı qızı qışqıraraq həyəcanlı şəkildə onun üstünə gələrək bildirmişdir ki, anası hamam otağında yıxılıb qalıb. O, dərhal evin hamam otağına gedərək, həyat yoldaşının huşsuz şəkildə orada yıxılıb qaldığını görmüş, qızı ilə birlikdə köməkləşərək onu hamam otağından çıxarmış və bundan sonra dərhal X10 zəng etmişdir. X11 gəldikdən sonra həkimlər həyat yoldaşını xəstəxanaya aparmışlar və o, xəstəxanada vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin və Lənkəran rayon prokurorluğunun əməkdaşları tərəfindən həmin gün şifahi izahatı alınmışdır, lakin bu barədə heç bir araşdırma aparılmamışdır. Həyat yoldaşını qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu, Şıxəkəran kənd qəbiristanlığında dəfn etmişdir. Qanunları bilmədiyindən vaxtında həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə almağaəhəmiyyət verməmişdir. Məhkəmədən ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AZE seriyalı 13286545 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuşdur və həmin kənddə qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 xx.xx.1995-cu il tarixdə rəsmi nikaha girmiş və bu barədə Lənkəran rayonu, Xolmili kənd icra nümayəndəliyində “36” nömrəli nikah akt qeydi tərtib edilmişdir. Lənkıran ŞİHB-nın Şıxəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12- 34/68 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, “X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və Şıxəkəran kənd qəbiristanlığında dəfn edilmişdir”. İş materiallarında olan qəbrin fotoşəklinin üzərində X2 doğulduğu tarix: xx.xx.1977-ci il, öldüyü tarix: xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli nömrəli 13-16-8-10-676/2023-cü il tarixli məktubunda Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qonşudur. X7 Ərizəçi qonşusu olmuşdur. Ailədə onların münasibətləri çox yaxşı olmuşdur. Həmin ailənin qonşularla da çox yaxşı münasibətləri olmuşdur. Mətanət Ağayeva 11 dekabr 2022-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Ona məlum olmuşdur ki, Mətanət Ağayeva hamam otağında çimərkən vəfat etmişdir. O, qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu, Şxəkəran kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X6 11 dekabr 2022-ci ildə Lənkəran rayonu Şıxəkəran kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş X2 11 dekabr 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 11 dekabr 2022-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar