Məhkəmə qərarları › İş №2(049)-2370/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2370/2025

02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2370/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim: Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi: X5, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi̇ : Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək 15 sentyabr 1988-ci ildə anadan olmuş qardaşı X3 11 noyabr 2013-ci il tarixdə Lənkəran rayon Kərgəlan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir. Ərizə onunla əsaslandırımışdır ki, ərizəçi 27.01,1984-ci il tarixdə Lənkəran rayon Kərgəlan kəndində anadan olmuş və hazırda ailə üzvlərim ilə birlikdə həmin ünvanda yaşayır. X1 xx.xx.2001-ci il tarixdə, anası X4 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. Valideynləri nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Mərhum qardaşı X6 xx.xx.2013-cü il tarixdə Lənkəran rayon Kərgəlan kəndində vəfat etmiş və Lənkəran rayon Kərgəlan kəndində qəbristanlığda dəfn olunmuşdur. Qardaşı vəfat edərkən başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından ona ölüm haqqında şəhadətnamə götürməmişdir. Hazırda o, sosial müavinət almaq üçün müvafiq sənədləri toplayandan sonra qardaşı X3 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada arxivdə qardaşı X6 barədə ölüm aktı aşkar olunmadı və bu barədə arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. Məhkəmə hazırlıq iclasında əriəçi Ərizəçi ərziəsinə uyğun izahat verərək göstərdi ki, qardaşı X6 xx.xx.2013-cü il tarixdə intihar etmiş və bu barədə Lənkəran rayon prokurorluğundan araşdırma aparıldqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmişdir. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəni, ərizəçinin izahatını və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, əsas tələb mülki deyil, inzibati xarakterlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı ərizəyə əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun 24 yanvar 2025-ci il tarixli, 87Ş-25 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Lənkəran rayonu, Kərgəlan kənd sakini X3 xx.xx.2013-cü il tarixdə intihar etməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi istintaq edilərək xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, artıq xx.xx.1988-ci il təvəllüdlü, Lənkəran rayonu, Kərgəlan kənd sakini X3 xx.xx.2013-cü il tarixdə intihar etməsi nəticəsində ölməsi müvafiq qərarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, yəni artıq şəxsin ölməsi faktı müəyyən edildiyindən həmin ölüm faktının qeydiyyata alınması ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət edilməli və bundan imtina olunduqdan müvafiq olaraq inzibati məhkəməyə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşliq vəziyyəti aktlarinin qeydiyyati kitablarinda (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparilmasindan imtina olunmasi və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağli verilən iddialara inzibati məhkəmə icraati qaydasinda baxilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçiya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixlii, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə xx.xx.2025-ci il tarixlii, ********** nömrəli qəbzə əsasən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçi izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçi inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar