Məhkəmə qərarları › İş №2(049)-2378/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2378/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2378/2024 05.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixində anadan olmuş X1 29 dekabr 2022-ci il tarixində Lənkəran rayonu Şağlaküçə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası Cabir Qənbərov xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur. O, 29 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, mərhum atası xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Şağlaküçə kəndində yaşadığı evdə ağ ciyərində olan xəstəliyinə görə vəfat etmişdir. Təcilli və X5 şöbəsinə məlumat verilmişdir. Həkimlər atasına baxanda artıq vəfat etmişdir, atası X8 rayonu Şağlaküçə kəndində yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Mərhum atası vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamışdır, atasının ölməsi barədə həkim arayışını ala bilmədiyindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. iddaçı bununla əlaqədar atası Cabir Qənbərovun ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs arxivində atasının ölüm akt qeydiyyatı aşkar olunmadığını bildirmişlər. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, Cabir Qənbərovun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu fakı məhkəmədə şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, mərhum X4 onun qaynatası olmuşdur. Qənbərov Cabir sağlığında ağ ciyərində olan xəstəliyindən əziyət çəkirdi. Qaynatası 29 dekabr 2022-ci il tarixində saat 17 radələrində evində yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndində vəfat etmişdir. O, qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu Şağlaküçə kənd qəbiristanlığında vəfat etmişdir. O, özü də Cabir Qənbərovun dəfn və yas mərasimlərində iştirak etmişdir. Qaynatasının heç kəslə düşmənşilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində şahid X9 ifadəsində bildirdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi 08.06. 1988-ci il tarixdə Lənkəran rayonu Şağlaküçə kəndində doğulmuşdur. X3, atası X2r. Lənkəran ŞİHB-nın Şağlaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonun Şağlaküçə kənd sakini X4 xx.xx.2022-ci il tarixində Şağlaküçə kəndində vəfat edib və Şağlaküçə kənd qəbristanlığında dəfn olunub. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1961-ci il təvəllüdlüdür və Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il taroxli məktubundan görünür ki, X1 xx.xx.2022-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonun Şağlaküçə kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar