Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2414/2023 14.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xüsusi mülkiyyətdə olan mənzildən cavabdehlərin cehiz əmlakları ilə birlikdə onların hesabına çıxarılması və mənzilin boşaldılaraq mən iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********69- 05101-093002 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarış və inventar nömrəsi: 451, tərtib edilmə tarixi xx.xx.2022-ci il tarixli, Texniki Pasporta əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən- yaşayış sahəsi 24,4 kv.m. köməkçi sahəsi 12,8 kv.m. olmaqla ümumi sahəsi 37,2 kv/m (kvadratmetr) həmçinin rəhmətlik arvadım X1 da xx.xx.2017-ci il tarixdən mülkiyyətində olan 2 otaqlı mənzilindən, cavabdehlər Cavabdeh1 Təhsim qızına məxsus olduğu cehiz əmlaklarını onun hesabına çıxarılması həmçinin digər Cavabdeh2 həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Lənkəran rayonu, Xanbulan kəndi, ev 15, mənzil ünvanındakı mənzilindən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respubliksmm İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən xx.xx.2022-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********69-05101- 093002 olan, qeydiyyat nömrəsi ********** saylı, dövlət reyestrində 11 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmış “Çıxarış”-a; xx.xx.2022-ci il tarixli, tərtib edilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********69-05101- 093002 olan, inventar nömrəsi: 451 saylı "Texniki Pasporf'-a əsasən, ünvan 2 ünvanında yerləşən- yaşayış (əsas) sahəsi 24,4 kv.m. köməkçi sahəsi 12,8 kv.m. olmaqla cəmi ümumi sahəsi 37,2 kv/m (kvadratmetr), 2 otaqlı mənzil xüsusi mülkiyyətinə verilmişdir. Bununla belə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, tərtib edilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********69-05101- 093002 olan, inventar nömrəsi: 451 saylı “Texniki Pasport” əsasında həmin Lənkəran rayonu. Xanbulan kəndi, ev 15. 8 nömrəli mənzil rəhmətlik arvadı X1 hələ sağlığında onun mülkiyyətinə verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qeydiyyat nömrəsi ********** saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsin çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********69-05101-093002 reyestr nömrəli çıxarışla Lənkəran rayonu Xanbulan kəndində 37,2 kvadratmetr sahəsi olan ev 15, mənzil 8 fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1, 152.5). Həmin Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisidir. Cavabdehin mübahisəli evə mülkiyyət hüququ yoxdur. İddiaçı mütəmadi davam edən ailə-məişət mübahisələri zəminində cavabdehin onun mülkiyyətində olan evdə yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onun həmin evdən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq cavabdeh iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşamaqda davam etməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Ona görə də cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən çıxarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2414/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2414/2023
14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver