Məhkəmə qərarları › İş №2(049)-2432/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2432/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2432/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə 06 sentyabr 2023-cü il tarixində Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun əridir və xx.xx.1979-cu ildə Abşeron rayonunda doğulmuşdur. xx.xx.2004-cü ildə H.Əsgərovla rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahları Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 sayla qeyd edilmişdir. Həyat yoldaşı xx.xx.2023-cü ildə ünvan 1 ünvanında vəfat etmiş və Xırdalan kənd qəbiristanlığında dəf edilmişdir. Həyat yoldaşının dəfn və yas mərasimlərinə başı qarışdığından, həmçinin hüquqi savadı olmadığından ərinin ölümü haqqında şəhadətnamə alınması üçün vaxtında müraciət edə bilməmişdir. Buna görə də ərinin adına ölüm şəhadətnaməsini ala bilməmişdir. Bundan sonra ərinin ölüm faktının qeydiyyata alınması üçün Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də ərinin ölüm faktını müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona sənədləşdirmə işləri üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, ərizəçi məhkəmədən əri X2 07 fevral 2023-cü il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Ərizəçi mərhum əri Hacıbala Əsgərovla 2004-cü ildə nikaha girdiyini, birgə nikahdan 2 övladlarının olduğunu, ərinin 2023-cü ilin fevral ayında Xırdalandakı evində xərçəng xəstəliyindən öldüyünü və Xırdalan kənd qəbiristanlığında dəfn edildiyini bildirərək ərizəsinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin faktın müəyyən edilməsi ona dəfnlə əlaqədar xərclərin və vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçi Əsgərova X5 rayonu, Şağlakücə kəndində, onun əri X1 rayonu, Xırdalan qəsəbəsi, R.Axundov ev 35 ünvanında qeydiyyatdadırlar. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X2 nikahları 20 aprel 2004-cü ildə Abşeron rayon Qeydiyyat şöbəsində 90 sayla qeydə alınmış və nikahdan sonra arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən X2 ölümünün qeydə alınması imkan xaricindədir. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-in verdiyi arayışdan görünür ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər X6 və X8 ayrı-ayrılıqda Ərizəçi onların bacısı olduğunu, Arzunun əri Hacıbalanın 2023-cü ilin fevral ayında Abşeron rayonunda vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini təsdiq etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 29 dekabr 1979-cu ildə Abşeron rayonunda anadan olmuş X4 07 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni 29 dekabr 1979-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş X2 07 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. 29 dekabr 1979-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş X2 07 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar