Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2463/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00535 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X3 ərzəçi Ərizəçi himayəsinə verilməsinə və yanında saxlanılmasına, Maraqlı şəxs birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi iki uşaq üçün 160 manat sabit pul məbləğində alimentin birinci tərəf Ərizəçi verilməsi və xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə kimi hesablanmış aliment borcunu cavabdehdən alınaraq ona verilmesi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Maraqlı şəxs aliment və uşaqların ananın yanında saxlanılması himayəsinə verilməsi tələbi ilə bağlı mediasiyaya müraciət edib. Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2025-00535 saylı barışıq sazişi imzalayıblar. Barışıq sazişinə görə Maraqlı şəxs oglu ilə birgə nikahılarından olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 birinci tərəf anası yəni Ərizəçi himayəsinə verilməsinə və yanında saxlanılmasına razılaşmışlar. Maraqlı şəxs ilə birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə cəmi 160 manat aliment pulunun birinci tərəf Ərizəçi ödəcəyini öhdəlik götürüb. Tərəflər alimentin hesablanmasım 2025-ci ilin yanvar ayının 01-dən başlanmasına razılaşmışlar. Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2025-cı ildən xx.xx.2025-ci ilə kimi hesablanmış aliment borcunu xx.xx.2025-ci ildə ödəməyi öhdəsinə götürmuşdÜr. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir, aliment borcunu ödəməkdən boyun qaçırır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00535 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00535 sayl barışıq sazişindən görünür ki, Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 anası Ərizəçi yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi iki uşaq üçün 160 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər alimentin hesablanmasım 2025-ci ilin yanvar ayının 01-dən başlanmasına razılaşmışlar. Maraqlı şəxs bu sazişi imzalamaqla xx.xx.2025-cı ildən xx.xx.2025-ci ilə kimi hesablanmış aliment borcunu xx.xx.2025-ci ildə ödəməyi öhdəsinə götürmuşdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008-ci il təvəllüdlü Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2013-cü il təvəllüdlü Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri). Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin qismən, yəni alimentin ödənilməsi hissəsində təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş, yəni aliment ödənilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Belə ki, barışıq sazişi alimentin ödənilməsi hissəsində qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, barışıq sazişinin “uşaqların Ərizəçi himayəsinə verilməsi və yanında saxlanılması” hissəsində məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını müəyyən etməlidir. Qeyd olunan Məcəllənin 61.3-cü maddəsindən görünür ki, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Ailə Məcəlləsinin 73.2-ci maddəsinə görə isə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Yuxarıda qeyd edilən qanunvericilik normaları baxımından məhkəmə belə qənaətə gəlir ki, uşaqların hansı valideynin qalmasının müəyyən edilməsi məsələsi uşaqların mənafeyi ilə əlaqadar mübahisə olduğundan bu barədə işə ayrıca iddia icraatı qaydasında baxılmalı, işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilməli və müvafiq rəyin alınması zəruridir. Odur ki, hazırki xüsusi icraat qaydasında olan mülki iş çərçivəsində həmin mübahisənin həll edilməsi yolverilməzdir və bu səbəbdən barışıq sazişi “uşaqların Ərizəçi himayəsinə verilməsi və yanında saxlanılması” hissəsində təsdiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və barışıq sazişinin “alimentin ödənilməsi” hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Ərizə tələbi qalan hissədə əmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2025-00535 saylı barışıq sazişi “alimentin ödənilməsi” hissəsində təsdiq edilsin. Maraqlı şəxs 01 yanvar 2025-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Ərizə tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2463/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2463/2025
23.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver