Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-248/2024 11.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə anadan olmuş həyat yoldaşı X7 20 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Lənkəran rayonunda yaşayır X13 onun həyat yoldaşıdır. X3 xx.xx.1996-cı ildə anadan olmuşdur. Belə ki, mərhum əri X15 xx.xx.2023-cü il tarixdə Girdəni çayının Lənkəran rayonu Göyşaban kəndi ərzisindən keçən hissəsində balıq ovuna getmiş və orada olarkən cərayanın vurması nəticəsində vəfat etmişdir. Təcilli və X6 şöbəsinə məlumat verilmişdir. Mərhum əri X1 rayonu, Sütəmurdov kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Mərhum əri vəfat edərkən o vaxt savadsızlıqdan onun ölümünü təsdiq etmək üçün həkim arayışı alınmamışdır. Mərhum ərinin ölməsi barədə həkim arayışı ala bilmədiyinindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O, bununla əlaqədar əri X7 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs arxivində ərinin ölüm akt qeydiyyatının aşkar olunmadığı bildirilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Ona görə də o, X7 ölüm faktının müəyyən edilməsi üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu fakı məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı Fərid həvəskar balıqçı olmuşdur və o, mütəmadi olaraq Salyan və Lənkəran rayonlarına balıq tutmaq üçün gedirdi. 20 oktyabr 2023-cü il tarixdə ona bildirmişdir ki, Lənkəran rayonuna balıq ovuna gedir və balıq ovu ləvazimatları onun avtomobilində olmuşdur. Bir müddətdən sonra qohumu ona zəng edərək bildirmişdir ki, həyat yoldaşı Fərid xəstəxanadadır. O, təcili olaraq xəstəxanaya getmiş və həyat yoldaşının artıq vəfat etdiyini bilmişdir. Hadisə ilə maraqlandıqda ona məlum olmuşdur ki, həyat yoldaşı Girdəni çayının Göyşaban kəndi ərazisində balıq ovu edərək qırmağı çaya atarkən həmin qırmaq yuxarıdan gedən yüksək gərginlikli elektrik xəttinə ilişmişdir, qırmağın jilkasının tərkibində dəmir sim olduğu üçün elektriki keçirmiş və onu elektrik vuraraq çaya atmışdır və hadisə yerində vəfat etmişdir. Həmin vaxt həyat yoldaşı hadisə yerində tək olmuşdur. Həyat yoldaşı qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu Sütəmurdov kənd qəbiristanlığında dəfn edilmişdir. Həyat yoldaşının düşmənçilik və ədavəti olmamışdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirdi ki, X16 onun doğma qardaşı olmuşdur. Qardaşı Fərid balıq ovu ilə məşğul olmuşdur və o, 20 oktyabr 2023-cü il tarixdə qardaşının ölüm xəbərini eşitmişdir və qardaşının ölməsi səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, o, həmin gün səhər radələrində Lənkəran rayonu Göyşaban kəndi ərazisində çayda balıq tutarkən atdığı qırmaq yüksək gərginlikli elektrik xəttinə ilişərək elektriki keçirmiş, nəticədə onu elektrik vurmuş və çaya düşmüşdür. Kənarda hadisəni görən şəxs tərəfindən bu barədə polisə məlumat verilmiş və hadisə yerinə gələn polis, prokurorluq əməkdaşları tərəfindən qardaşının meyiti sudan çıxarılmışdır. Qardaşı Fəridin heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Qardaşı qohumarın və qonşuların iştirakı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 və X5 ifadələrində şahid X4 məhkəmə iclasında qeyd etdiyi xüsusatları təsdiqlədilər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1996-cı il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü il təvəllüdlüdür və Azərbaycan Respublkasının vətəndaşıdır. AZ-İİ seriyalı 500224 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi 12 aprel 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Maraqlı şəxsndə 189 sayla nikah akt qeydi tərtib edilmişdir. Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X8 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə xx.xx.2023-cü il tarixdə saat 13:16-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Lənkəran şəhər sakini, xx.xx.1996-cı il təvəllüdlü X7 Girdəni çayının Lənkəran rayonunun Göyşaban kənd ərazisindən keçən hissəsində balıq ovu ilə məşğul olarkən elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Lənkəran rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqinini tapmadığından toplanmış 218c-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təcili və X6 şöbəsinin 10 saylı xx.xx.2023-cü il tarixli “xəbərdarlıq vərəqəsi”ndə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:33 radələrində Lənkəran rayonu, Şöyşaban kəndində 1996-cı il təvəllüdlü X7 meyiti aşkar edilmişdir. Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin 54 saylı xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü X13 həqiqətən xx.xx.2023-cü il tarixdə Sütəmurdov kənd qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli nömrəli 13-16-8-10-1665/2023-cü il tarixli məktubunda Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3nun xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1996-cı il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş X11 20 oktyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş X11 20 oktyabr 2023-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X23
Məhkəmə qərarları › İş №2(049)-248/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-248/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver