Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2519/2025 30.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunanun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il tarixdə Lənkəran şəhərində doğulmuş qardaşı X1 xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1966-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası uzun müddət əvvəl vəfat etmişdir, anası 1941-ci il təvəllüdlü X10r. İddaçıdan başqa iki qardaşı olmuşdur, qardaşı X8 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, digər qardaşı X4 isə anası ilə birgə yaşayır. T.Cahangirov xx.xx.1963-cü il tarixdə anadan olmuş, “Paranoid şizofreniya F20.C” diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olmuş, xx.xx.2025-ci il tarixində qolunu kəsərək intihar etməsi səbəbi ilə vəfat etmiş və onun cənazəsi Lənkəran rayonunun Böyük Bazar qəbristanlığında dəfn olunmuşdur. Qardaşının ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiyindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişdir. Lənkəran rayonu Qeydiyyat şöbəsinə qardaşı T.Cahangirovun ölümü haqqında şəhadətnaməni almaq üçün müraciət etsə də qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.2.3-cü maddəsi ilə nəzərdə tutulan dəfn üçün olan müavinəti ala bilməsi üçün lazımdır. Əlavə olaraq bildirir ki, qardaşı X4 ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum, qonşu və ailə üzvlərinin hamısı iştirak etmişlər. Məhkəmə iclasında şahidlər də qardaşının xx.xx.2025-ci il tarixdə vəfat etdiyini təsdiq edə bilərlər. Qardaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X21 134C-25 saylı material üzrə 14 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, 07 iyun 2025-ci il tarixdə saat 10:10-da Lənkəran şəhərrayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş Lənkəran şəhər sakini 1963-cü il təvəllüdlü X1 qolunu kəsərək intihar etməsi barədə məlumat əsasında toplanmış material üzrə cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran rayon prokurorluğunda aparılmış 134C-25 saylı materialdan görünür ki, X4 müayinə olunması üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinə göndərilməmişdir. Doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X4 xx.xx.1963-cü il tarixində Lənkəran şəhərində doğulmuşdur. X2, anası X15r. Doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X3 xx.xx.1966-cı il tarixində Lənkəran şəhərində doğulmuşdur. X2, anası X15r. Lənkəran bələdiyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2025ci il tarixdə “Böyük bazar” qəbristanlığında dəfn olunmuşdur. “Lənkəran rayon Təcili və X12 Şöbəsi”nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında 1963-cü il təvəllüdlü X1 meyiti aşkar edilmişdir. Lənkəran şəhər Mənzil təsərrüfati idarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Əskərova X5 şəhər, AK.Z.Əliyeva küçəsi, ev 78/12, mənzil 27 ünvanında qeydiyyatdadır. Qəbirüstü abidənin fotoşəklində “Teymur İskəndər oğlu”, “xx.xx.1963 – xx.xx.2025” qeyd edilmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, mərhum X4 onun qonşusu olub. Teymurun psixoloji problemləri olub və o, anası birlikdə evdə yaşayıb. 07 iyun 2025ci il tarixdə səhər Teymurgildən anasının qışqırıq səsləri gəlib. O, da Teymurgilə gedərək görüb ki, Teymur arxası üstə yerdə uzanmışdır. Teymurun üstü qan idi və ona məlum olmuşdur ki, o, ülgüclə qollarını kəsərək intihar etmişdir. Sonradan onun də digər qohum, qonşuların iştirakı ilə Teymurun nəşini məscidə apararaq yumuşlar və onu Lənkəran şəhərində yerləşən Bötük bazar qəbiristanlığında dəfn etmişlər. Dəfn və bütün yas mərasimlərində o, özü də iştirak etmişdir. Teymurun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Onun heç vaxt heç kəslə mübahisə etdiyini görməmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində şahid X7 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmə ərizəçini və iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X1 xx.xx.2025-ci il tarixində Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü Lənkəran şəhərində doğulmuş X1 xx.xx.2025-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2519/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2519/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver