Məhkəmə qərarları › İş №2(049)-2541/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2541/2025

01.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2541/2025 01.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 13 may 2024-cü il tarixində Bakı 9 saylı Mediasıya Təşkilatında bağlanmış MŞB\9\2024-00556 saylı Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı mediasiyaya müraciət edib. Maraqlı şəxs ilə aralarında xx.xx.2010-cu il tarixdə 109 nömrəli akt qeydi ilə bağlanmış nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (iş N-2(006)-3412/2024) pozulmuşdur. Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmış 13 may 2024-cü il tarixli MŞB\9\2024-00556 Barışıq Sazişinin 2-ci bəndindən görünür ki, tərəflər razılaşmışlar ki, Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixidə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 109 nömrəli qeyd ilə qeyd edilmiş nikah pozulsun; birgə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cu il təvəllüdlü X9 və xx.xx.2021-cu il təvəllüdlü X7 anaları - Ərizəçi yanında qalacaq; uşaqlar ilə ata-Maraqlı şəxs Müsyib oğlun görüşməsinə, ünsiyyətdə olmasına ana- Ərizəçi şərait yaradacaq; birgə uşaqları xx.xx.2010-cu təvəllüdlü X3, xx.xx.2013-cu təvəllüdlü X5 və xx.xx.2021-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödəniləcək. Lakin Maraqlı şəxs həmin X1 Sazişini aliment ilə bağlı hissəni icra etməmişdir və artıq aliment borcu 1 il üçün 3.600 manat yaranmışdır. Bu səbəblə ərizəçi, ona xx.xx.2025-ci il tarixində rəsmi bildiriş göndərək 13 may 2024-cü il tarixli MŞB\9\2024- 00556 saylı X6 icra etməsini bildirmişdir. Buna baxmayaraq Maraqlı şəxs hələ də həmin Sazişi icra etməmişdir. Sonradan Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizə tələbinin həcmini azaltdığını bildirmiş və barışıq sazişinin yalnız alimentin ödənilməsi hissəsində təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, barışıq sazişinin yalnız alimentin ödənilməsi hissəsində təsdiq edilməsini istəyir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı nə yazılı, nə də ki, şifahi etirazını bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixdə mediasiya prosesində MŞB\9\2024-00556 sayl barışıq sazişindən görünür ki, həmin sazişə əsasən Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi üç uşaq üçün 300 manat sabit pul məbləğində alimentin anası Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2013-cu il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3412/2024 saylı qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 109 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçısı izahatın dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində Bakı 9 saylı Mediasıya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-00556 saylı barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar