Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-259/2025 10.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1930-cu il tarixdə anadan olmuş atası X6 06 oktyabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X13 15 mart 1930-cu ildə anadan olmuş və 06 oktyabr 2021-ci ildə vəfat etmişdir. O, Lənkəran şəhəri, «Kiçik bazar» qəbiristanlığında dəfn olunmuşdur. X18 vəfat etdikdə, qanunla tələb olunan prosedurları başa düşmədikləri və pandemiya dövrü olması səbəbilə atasının ölüm faktı VVADQ orqanlarında qeydiyyata alınmamışdır. O, Bakı şəhərində yaşadığı üçün mərhum atasının ölüm şəhadətnaməsinin digər bacı və qardaşları tərəfindən alındığını güman etmiş, lakin ölüm haqqında şəhadətnamənin alınmadığı aşkar olunmuşdur. O Lerik rayonu ərazisində atasının adına olan pay torpaqlarını vərəsəlik qaydasında öz adına keçirmək istəyərkən, atasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bacı və qardaşlarından soruşduqda, mərhum atasının ölüm şəhadətnaməsini almadıqları məlum olmuşdur. Vərəsəlik məsələsini həll etmək üçün aidiyyəti orqanlara müraciət etmişdir, amma atasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bu məsələnin həlli mümkün olmamışdır. Bununla əlaqədar ilk olaraq Maraqlı şəxsnə müraciət etmiş və atası X6 ölüm faktını təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs arxivində mərhum atasının ölüm akt qeydiyyatı tapılmamışdır. Bu barədə ona 30 noyabr 2024-cü il tarixində 3-16-5/8- 10-1314/2024 nömrəli məktub verilmiş və mərhum atasının ölüm faktı ilə bağlı aktın Maraqlı şəxs arxivində aşkar olunmadığı bildirilmişdir. Məktubda həmin məsələnin məhkəməyə müraciət etməklə həll olunacağı tövsiyə olunmuşdur. Hazırda sənədin başqa yolla əldə edilməsi mümkün olmadığından, o, ərizə ilə məhkəməyə müraciət etmişdir. İlkin məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Vəkil ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, bir sıra hüquqi sənədlərin əldə olunmasında ölüm haqqında şəhadətnamənin mövcudluğu vacibdir və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə ərizənin surəti göndərilmiş, həmçinin hazırlıq və baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə heç bir rəsmi məlumat vermədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: 0871738 nömrəli xx.xx.1965-ci il tarixdə tərtib olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, həqiqətən də, Niftullayeva (Abasova) Zəkiyyə Əhmədağa qızının atası X11r. Azərbaycan Respublikası Lənkəran Rayonu Göyşaban Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi atası X1 yaşayırdı və xx.xx.2021 ci ildə vəfat etmişdir. X4 şəhəri "Kiçik bazar" qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası T.Ə.B.İ.B “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Lənkəran şəhər Göyşaban kəndində yaşayan xx.xx.1965-ci il təvəllüdlü X5 atası xx.xx.1930-cu il təvəllüdlü X13 xx.xx.2021-ci il tarixində Kiçik bazar qəbiristanlığında dəfn olunmuşdur. Mərhum Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamış, sahə terapevtinə müraciət etməmişdir. 220705010 qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrini Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, Səttarxan küçəsində mülkiyyətində olan 0.0335 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 128.6 kv.m yaşayış, 42.6 kv.m köməkçi sahədən ibarət 164 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. **********4910301 reyestr nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrini Xidməti Lənkəran şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hüququ subyekti (mülkiyyətçisi) X11r. Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktının JN 0004 nömrəli, 80306108 kodlu dublikatından görünür ki, Lerik rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 9,94 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış topraq sahəsi mövcuddur. Azərbaycan Respublikası Lənkəran Rayonu Göyşaban Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli Ərizəçi xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq verilmiş məktubundan görünür ki, X6 2021-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş X6 qəbirüstü abidəsinin (sinə daşının) foto şəkilindən də görünür ki, o xx.xx.1930-cu il tarixdə doğulmuş, xx.xx.2021-cü il tarixdə dəfn edilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Abbasov Əhmədağa pandemiya dövründə - 2021-ci ildə vəfat edib. Kiçik bazar qəbirstanlığında dəfn olunub və Zəkiyyə Niftullayeva adlı qızını şəxsən tanıyır. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, mərhum Əhmədağa Abbasov onun qayınatasıdır. Əhmədağa Abbasov 06 oktyabr 2021-ci ildə vəfat edib və kiçik bazar qəbirstanlığında vəfat edib. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Abasov Əhmədağa ilə uzun illər qonşu yaşamışlar, onun atası ilə Əhmədağa Abasov uzun illər dostluq etmişlər. 2021-ci ilin oktyabr əvvəlində - pandemiya dövründə Əhmədağa Abasov vəfat etmişdir və kiçik bazar qəbirstanlığında dəfn olunmuşdur. Özü Göyşaban İcra Nümayəndəliyində çalışdığı zaman Zəkiyyə Niftullayeva çalışdığı ərazinin sakini olmuş və onu tanıyır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X6 06 oktyabr 2021-ci il tarixdə ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1930-cu il təvəllüdlü Lerik rayonu, Ambudərə kəndində doğulmuş X6 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1930-cu ildə Lerik rayonu, Ambudərə kəndində doğulmuş X6 xx.xx.2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-259/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-259/2025
10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver