Məhkəmə qərarları › İş №2(049)-2603/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2603/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2603/2023 15.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X10, ərizəçi: Ərizəçi MÜzəfrər qızı, ərizəçinin vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs kimi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il təvəllüdlü X2 29 aprel 2022-ci il tarixində Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1990-ci il tarixdə X17 ilə nikah bağlamışdır. X28 evin yeganə övlad olmuşdur. X8 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X6 onun qaynanasıdır. Nəcibə Qasımova xx.xx.1938-ci ildə anadan olmuş və 29 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Belə ki, mərhum qaynanası uzun müddət xəstə olduğu üçün xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri. A.Məmmədli küçə, ev 4-də ev şəraitdə vəfat etmişdir. X15 Lənkəran şəhəri “Kiçik bazar” qəbrstanlığında dəfn edilmişdir. Mərhum qaynanası vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamışdır. Ölməsi barədə həkim arayışı ala bilmədiklərindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O, bununla əlaqədar X9 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində qaynananın ölüm akt qeydiyyatı aşkar olunmadığını bildirmişlər. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirf. Ona görə də X9 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Bu faktı təsdiq edən şahidlər X7, X13, X1 və X11 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərdiklərini təsdiq edərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili X14 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat veriləsə də, məhkəmə iclasına nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçi ilə uzaq qohumdur, evlərinə gedib gəlmişdir. Ərizəçi qaynansı ilə birlikdə yaşamışdır. 29 aprel 2022-ci il tarixdə ərizəçinin qaynanası, yəni Nəcibə Qasımova vəfat etmiş və Lənkəran şəhəri, Kiçik bazar qəbirstanlığında dəfn edilmişdir.Bu ilin aprel ayında da mərhumun il mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərdi ki, ərizəçi uşaqları ilə onun uşaqları bir sinifdə oxuyur və buna görə gediş-gəlişləri olmuşdur. Ərizəçi qaynansı ilə birlikdə yaşamışdır. 29 aprel 2022-ci il tarixdə ərizəçinin qaynanası, yəni Nəcibə Qasımova vəfat etmiş və Lənkəran şəhəri, Kiçik bazar qəbirstanlığında dəfn edilmişdir. Bu ilin aprel ayında da mərhumun il mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçinin bacısıdır, gediş-gəlişləri olmuşdur. Ərizəçi qaynansı ilə birlikdə yaşamışdır. 29 aprel 2022-ci il tarixdə ərizəçinin qaynanası, yəni Nəcibə Qasımova ev şəraitində vəfat etmiş və Lənkəran şəhəri, Kiçik bazar qəbirstanlığında dəfn edilmişdir. Bu ilin aprel ayında da mərhumun il mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ərizəçinin bacısıdır, gediş-gəlişləri olmuşdur. Ərizəçi qaynansı ilə birlikdə yaşamışdır. 29 aprel 2022-ci il tarixdə ərizəçinin qaynanası, yəni Nəcibə Qasımova ev şəraitində vəfat etmiş və Lənkəran şəhəri, Kiçik bazar qəbirstanlığında dəfn edilmişdir. Bu ilin aprel ayında da mərhumun il mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum qaynanasının ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 02 iyun 2023-ci il tarixli, 263/2 nömrəli Lənkəran Şəhər bələdiyyəsinin arayışından görünür ki, Lənkəran Şəhər sakini xx.xx.1938-ci il təvəllüdlü X6 xx.xx.2022-ci ildə Kiçik bazar qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 352893 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X4 xx.xx.1990-cu ildə nikaha daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AZE- 0317862 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 13 yanvar 1938-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100.4 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına mərhum X2 qəbrinin fotoşəkili əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəni, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, 13 yanvar 1938-ci il tarixdə doğulmuş X2 29 aprel 2022-ci il tarixdə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X2 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Eləcə də, hazırda ərizəçiyə vərəsəlik məsələsinin həll edilməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması zərurət olmuuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 29 may 2022-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 yanvar 1938-ci il tarixdə, Lənkəran şəhərində doğulmuş X2 29 aprel 2022-ci il tarixdə Lənkəran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçi X3 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar