Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2612/2025 27.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü X1 xx.xx.2011-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X2 xx.xx.1964-cü il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuşdur. Onun həmin tarixdəki doğum faktı Maraqlı şəxs 19 iyun 2025-ci il tarixli, 1163 nömrəli arayışı ilə təsdiq edilmişdir. X2 xx.xx.2011-ci il tarixdə anadan olduğu kənddə vəfat etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 17 iyun 2025-ci il tarixli, 2.29/410 nömrəli arayışından məlum olur ki, X2 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığında dəfn edilmişdir. Lənkəran rayon Kərgəlan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 34 nömrəli arayışından aydın olur ki, X2 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığında dəfn edilmişdir. Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığında X1 qəbrinin baş daşının şəkli çəkilərək ərizəyə əlavə edilmişdir. Baş daşının üzərində bacısının foto-şəkli, onun xx.xx.1964-cü ildə anadan olması və 8.10.2011-ci ildə vəfat etməsi tarixləri qəbir daşının üzərində həkk edilmişdir. X1 xx.xx.2011-ci ildə vəfat etməsi və Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığında dəfn edilməsi faktını onun üzür mərasimində iştirak etmiş qonşuları və həmkəndliləri X6 və X11 və digərləri məhkəmədə təsdiq edə bilərlər. İndiyə qədər X2na ölüm haqqında şəhadətnamə almamışlar. Bacısının ölməsi faktının müəyyən edilməsi və bu barədə şəhadətnamənin alınması vərəsəlik qaydasında məhkəmələrə müraciət edilməsindən ötrü lazımdır. X5 ölməsi barədə şəhadətnamənin alınması istiqamətində Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı 12 iyun 2025-ci il tarixli, 3-16-5/8-10- 530/2025 saylı məktubdan məlum olur ki, X1 xx.xx.2011-ci il tarixə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdaifə edib, ərizədə göstərilənlərə uyğun məzmunlu çıxış edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, X3 onun bacısıdır. X3 xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Kərgəlan kəndi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, X3 onun qonşusudur. X3 xx.xx.1964-cü il tarixdə doğulmuş, xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X9 xx.xx.2011ci il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Kərgəlan kəndi qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1162 №-li arayışdan görünür ki, X9 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X4, anası isə X10r. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 13-16-5/8-10-530/2025 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1964-cü il tarixdə doğulmuş X9 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Kərgəlan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12.29/410 №-li arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X9 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin bacısı xx.xx.1964-cü ildə doğulmuş X9 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1964-cü ildə doğulmuş X9 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 20 may 1964-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş X5 08 oktyabr 2011ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2612/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2612/2025
27.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver