Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2678/2024 11.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X1 14 iyun 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır o, mərhum qayınatası xx.xx.1958-ci ildə anadan olmuş Nəsirov Əlosət oğlu xx.xx.2024-cü ildə vəfat etmişdir. O, Lənkəran rayonunun, Şiləvar kənd qəbristanlığında dəfn edilmişdir. Bununla bağlı Lənkəran rayonu, Şiləvar bələdiyyəsi tərəfindən verilmiş 156 nömrəli xx.xx.2024-cü il tarixli arayış mövcuddur. Əri 18 mart 1981ci il təvəllüdlü X6 07 may 2023-cü il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Qayınanası, X7 24 avqust 2021-ci il tarixində vəfat etmişdir. Qayınatasının ölümü barədə sənədlərin mövcud olmaması səbəbindən hazırda məhkəməyə müraciət etmək hüququndan istifədə etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl Maraqlı şəxsnə müraciəti olmuşdur. Müraciətinə cavab olaraq 11 iyul 2024-cü il tarixli 3-16-5/8-10- 769/2024 nömrəli məktubla ölüm haqqında aktların qeydiyyat şöbəsinin arxivində aşkar olunmadığı və bununla bağlı məhkəməyə müraciət edə biləcəyini bildirmişdilər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdaifə edib, ərizədə göstərilənlərə uyğun məzmunlu çıxış edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid X2 ifadəsində göstərdi ki, mərhum X3 onun atasıdır. Atası xəstə olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, atası X3 14 iyun 2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran rayonu, Şiləvar kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid X8 ifadəsində göstərdi ki, mərhum X3 onun babasıdır. Babası xəstə olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, babası X3 14 iyun 2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran rayonu, Şiləvar kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid X4 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusudur. Əlosət Nəsirov xəstə olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı evdə vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X3 14 iyun 2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş, Lənkəran rayonu, Şiləvar kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran rayonu Şiləvar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 156 №-li arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Şiləvar kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni tədqiq edib və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin mərhum qayınatası xx.xx.1958-ci ildə doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarınınqeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1958-ci il tarixdə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2678/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2678/2024
11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver