Məhkəmə qərarları › İş №2(049)-2743/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2743/2025

23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2743/2025 23.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X11, Ərizəçi: Ərizəçi Kamil oğlunun iştirakı ilə, Ərizəçi Kamil oğlunun Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Kamil oğlu Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1934-cü il ildə doğulmuş anası X1 11 may 2004-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi xx xxxxxxxx 1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Mərhum anası X6 XX.XX. 1934-cü il tarixdə anadan olmuşdur. Valideynlərimin nikahı rəsmi olaraq qeydə alınmamışdır. Mərhum anası X6 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində vəfat etmiş və Lənkəran şəhər "Böyük bazar" qəbristanlığda dəfn olunmuşdur. Anası vəfat edərkən hüzr mərasimdə olduğu üçün və hüquqi savadı olmadığından onun ölüm haqqında şəhadətnaməsini götürməmişdir. Hazırda o, ölümlə bağlı verilən müavinatı almaqdan ötrü müvafiq sənədləri toplayandan sonra, anası X1 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində anası X6 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də o, anası X1 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir.Ölüm faktının qeyd olunması ona ölümlə bağlı verilən müavinatı almaqdan ötrü lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Kamil oğlu ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçinin qardaşıdır. Mərhum anası 11 may 2024-cü il tarixdə qocaldığından və yaşlandırğından vəfat etmiş və mərhumu Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn etmişlər. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi onun tanışıdır. Ərizəçinin anası 2024-cü il tarixdə vəfat etmiş və mərhumu Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn etmişlər. Mərhumun yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 408410 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1972-ci il tarixdə Həsənov X9 şəhərində doğulmuşdur. X4, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X18 03 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, “xx.xx.2024-cü il ildə Lənkəran Ş.Zahid küçəsi ev 28-də yaşamış X6 barəsində Ölüm haqqında tibbi şəhadətnamə ölüm səbəbi məlum olmadığından və müddəti çox olduğundan verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 24 oktyabr 2024-cü il tarixli, 1199/2024 nömrəli məktubundan görünür ki, X1 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 07 iyun 2024-ci il tarixli, 121/02 nömrəli Lənkəran şəhər bələdiyyəsinin arayışından görünür ki, XX.XX.1934-cü il tarixdə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhər “Böyük bazar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 11 may 2024-ci il tarixli, 85 nömrəli Təcili və X7 X5 görünür ki, Lənkəran Ş.Zahid küçəsi ev 28-də yaşamış X1 ölümün ilkin səbəbi Meyit Beyin qan dövranı pozğunluğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, X6 XX.XX.1934-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X1 11 may 2024-cü ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X1 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1934-cü il tarixdə doğulmuş X1 11 may 2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar