Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2791/2025 08.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 29 dekabr 2023-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 05 fevral 1960-cı il anadan olmuşdur. X3 29 dekabr 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində yerləşən evində vəfat etmişdir. 29 dekabr 2023-cü tarixdə onu Lənkəran rayon, Velədi kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşməklə qəbirüstü abidədə də, onun ölüm tarixi 29 dekabr 2023-cü il qeyd edilmişdir. X2 ölüm faktını şahidlər, X6, X7 və X11 adında şahidləri də təsdiq edə bilərlər. Bundan əlavə ölüm faktını müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. X10 vəfat edərkən qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum X8 ölüm şəhadətnaməsi tələb olunur. Lakin X2 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək X2 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin. Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona, 03 iyul 2025-ci il tarixli, 3-16- 5/8-10-602/2025 nömrəli məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə elmək mümkün olmadığından iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960cı il təvəllüdlüdür və Azərbaycan Respublikasının vətəndaşıdır. Maraqlı şəxs 03 iyul 2025-ci il tarixli, 3-16-5/8-10-602/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X4 xx.xx.2023-cü ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Eyni zamanda bildiriri ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda.ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda şəxs məhkəməyə müraciət edə bilər. Lənkəran rayonu, Gərmətük bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu, Velədi kənd sakini X10 xx.xx.2023-cü il tarixində Velədi kəndində vəfat etmiş və Velədi kənd qəbristanlığında dəfn olunmuşdur. Sübut kimi məhkəməyə təqdim edilmiş qəbirüstü abidənin fotoşəklində: “ X10”, “xx.xx.1960 – xx.xx.2023” qeyd edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, X1 rayonu, Velədi kəndində onun qonşusu olmuşdur. Şəmsəddin övladları Məkan və Cahan ilə birlikdə yaşamışdır. O, xərçəng xəstəliyindən əziyyət çəkmişdir. 29 dekabr 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. O, qonşuların və qohumların iştirakı ilə Velədi kənd qəbiristanlığında dəfn edilmişdir. O, özü də dəfn və yas mərasimlərində iştirak etmişdir. Şəmsəddinin heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid X7 və X11 ifadəsində Hüseynzadə şahid Şahzadə Kamal qızının ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X4 xx.xx.2023-cü il tarixində Lənkəran rayonu, Velədi kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2791/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2791/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver